Azərbaycanda mutasiyaya uğramış koronavirusa yoluxma qeydə alınıb? - TƏBİB-dən AÇIQLAMA

TOP4
14:26 03.01.2021
2254
"Koronavirus bir RNT virusu olduğu üçün daima mutasiya keçirən bir virusdur və bu mutasiyalar virusun genomunda müxtəlif bölgələrdə baş verir".

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirib. 

Qeyd edilib ki, indiyə qədər mövcud ədəbiyyatda, eləcə də "spike protein" kodlayan bölgələrdə müxtəlif mutasiyalar aşkar edilib:

"İngiltərədə aşkar edilən yeni mutasiyanın virusun yoluxduruculuğunu artırdığı yaxın günlərdə bildirilib. Ölkəmizdə və dünyada rutin analizlərdə Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq qurumların da tövsiyə etdiyi virusun gen bölgələri beynəlxalq primerler ilə (təsdiq edilmiş kitlerlə) analiz edilir və nəticələr verilir. Virusun mutasiya baş verən bölgələri daima nəzarətdə saxlanılır və onların nəticələrə təsiri təqib edilir. Mutasiyaya uğramış virusun yeni növlərinin aşkarlanması və onların klinik təsirləri isə xüsusi genom çalışmaları ilə araşdırılır. Bunlar xüsusi çalışmalardır və araşdırma tədqiqat laboratoriyalarında icra olunur. Bu istiqamətdə ölkəmizdə də tədqiqatlar aparılır, davam edir. Ölkəmizdə hələ yeni növ koronovirusa yoluxma ilə bağlı fakt öz təsdiqini tapmayıb".

Xatırladaq ki, Böyük Britaniyada koronavirusun sürətlə yayılan mutasiya etmiş variantının aşkarlanması barədə ilk dəfə dekabrın 20-də ölkənin baş həkimi Kris Yutti və hökumətin Tibbi məsələlər üzrə baş məsləhətçisi Patrik Vellans mətbuat konfransında bildirmişdi. 

Mütəxəsisilər bəyan etmişdi ki, koronavirusun sözügedən yeni variantı inanılmaz dərəcədə sürətlə yayılır.

Bu səbəbdən Baş nazir Boris Conson Londonda və ölkənin cənub-şərqində yeni - maksimum, dördüncü səviyyədə məhdudiyyətlərin tətbiq edilməsinə göstəriş vermişdi.

Virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğu deyilsə də, öldürücü təsiri barədə heç bir fikir irəli sürülməyib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

15:57 12.02.2025

Övladını çöpçüyə aparan valideynlərə ÇAĞIRIŞ