Azərbaycanda nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda nazirliyin 15 əməkdaşında koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
SOSİAL
15:54 15.05.2020
1811
Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladıqdan sonra bir çox qurumlar əməkdaşları arasında COVID-19-a yoluxanların olduğunu açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, "oxu.Az"ın bununla bağlı qurumlar arasında sorğusu davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, koronavirus təhlükəsi yaranan ilk günlərdən FHN də bu təhlükə ilə ön cəbhədə fəal mübarizə aparan dövlət qurumları sırasındadır:

"Belə ki, hələ fevral ayından nazirlik tərəfindən ölkə sərhədlərində qurulmuş qəbul-çeşidləmə məntəqələrində çalışan, habelə gündəlik baş verən hadisələrlə əlaqədar qəza-xilasetmə işlərinə cəlb olunan və digər istiqamətlərdə fəaliyyət göstərən əməkdaşlar virusa yüksək yoluxma təhlükəli risk qrupuna daxildirlər.

Bu səbəbdən bu günə kimi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sıralarında xidmət edən 15 nəfərin virusa yoluxma faktı təsdiqini tapıb. Onlardan 11 nəfər tam sağalaraq, artıq xidmətə qayıdıb, dörd nəfərin müalicəsi isə davam edir, vəziyyətləri normaldır”.

O qeyd edib ki, yoluxan əməkdaşların əksəriyyəti 22-35 yaş aralığında olan şəxslərdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, COVID-19-a yoluxma halı qeydə alınmayıb.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar nəzarət daxili işlər orqanlarının əməkdaşlarına həvalə edilib:

"Bu sahədə nəzarəti həyata keçirən polis və daxili qoşunların hərbi qulluqçuları öz sağlamlıqlarını riskə qoyaraq, vətəndaşlarımızın koronavirus infeksiyasına yoluxmaması üçün gücləndirilmiş iş rejimində xidmət edirlər. Gündə minlərlə insanla təmasda olan polis əməkdaşlarının bu virusa yoluxmaları da qaçılmazdır.

Bugünədək bir neçə əməkdaşımızda müayinə zamanı infeksiya aşkar edilib və dərhal da xüsusi tibbi müəssisələrə yerləşdiriliblər”.

DİN rəsmisi qeyd edib ki, onlardan artıq sağalıb evə buraxılanı və müalicəsini davam etdirəni də var.

İqtisadiyyat Nazirliyindən də bildirilib ki, qurumun əməkdaşları arasında koronavirus (COVID-19) infeksiyasına yoluxan yoxdur:

"Nazirliyin və tabeliyindəki qurumların əməkdaşları xüsusi rejimli karantin şəraitində müəyyən edilmiş iş rejiminə və tələblərə uyğun olaraq əmək fəaliyyətini davam etdirirlər”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat katibi Nuridə Allahyarova bildirib ki, nə qurumda, nə də tabeliyindəki "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin əməkdaşları arasında COVID-19-a yoluxan yoxdur.

Azərbaycan Mərkəzi Bankdan da qeyd edilib ki, əməkdaşları arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO