Azərbaycanda neçə nəfər səkkiz min manatdan çox maaş alır? - RƏSMİ

İQTİSADİYYAT
15:46 13.02.2020
8633
"Azərbaycanda vergi güzəştləri həmişəlik deyil, müəyyən müddətə tətbiq olunur. Bu güzəştlərin yerini doldurmaq üçün potensial kifayət qədər böyükdür”. 

Bunu Report-a açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib. 

Onun sözlərinə görə, bu güzəştlərin hesabına dövlət büdcəsinin itkilər olduqca çox olsa da, dolayısı ilə həmin itkilər kompensasiya olunur. 

"Məsələn, kənd təsərrüfatı sahəsini götürsək, burdan 20 ildən çoxdur ki, torpaq vergisindən başqa heç bir vergi tutulmur. Bu güzəştin də məbləği 100 milyonlarla manatla ölçülür. Büdcə bu pulu ala bilərdi, amma kənd təsərrüfatı məhsulları istehsalçılarının sərəncamında qalır.

Həmçinin, keçən ildən əməkhaqqısı səkkiz min manata qədər olan, qeyri-neft sektorunda və özəl sektorda işləyən şəxslərdən gəlir vergisi tutulmur. Azərbaycanda səkkiz min manatdan çox əməkhaqqı alanların sayı 600-dən bir qədər çoxdur.

Bu da büdcə üçün maliyyə itkisi hesab edilə bilər, amma biz elə hesab etmirik. Bunlar hamısı ondan ötrüdür ki, uçot düzəldilsin, şəffaflıq təmin olunsun. Yəni dürüstlük bu itkiləri kompensasiya edir.

Ötən il büdcəyə bir milyard manat əlavə vəsaitin toplanması elə bunun hesabınadır. Yəni uçot, dürüstləşmə, şəffaflaşma, dövriyyələrin və yayınanların üzə çıxarılması, vergiyə cəlb olunması bunların hamısını kompensasiya edir. Düşünürəm ki, nəticələr gələcəkdə bundan da yaxşı olacaq”, - Sahib Ələkbərov qeyd edib. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:31 29.09.2020

Ərdoğan Consona ermənilərin Qarabağdan çıxmalı olduğunu dedi

00:08 29.09.2020

Gürcüstan gömrükçülərindən erməni separatçılarına növbəti zərbə

23:50 28.09.2020

BMT TŞ Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

23:38 28.09.2020

“Caliber” Azərbaycan Ordusunun məhv etdiyi erməni hərbiçilərinin görüntülərini əldə edib - VİDEO

23:19 28.09.2020

Son dəqiqə! Müdafiə Nazirliyi hərbi təyyarəmizin vurulması xəbərini təkzib etdi

22:39 28.09.2020

VPN-lə internetə daxil olanlar mütləq oxusun

22:32 28.09.2020

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

22:15 28.09.2020

İlham Əliyev BMT-nin baş katibi ilə videoformatda görüşdü

22:01 28.09.2020

Azərbaycanın Türkiyədəki səfiri: “Qarşımızda dayana bilməyəcəklər” - VİDEO

21:57 28.09.2020

Müsavat Partiyası və AXCP Qarabağ mövzusunda da kənarda qaldılar

21:48 28.09.2020

Leyla Abdullayeva: Kipr XİN-nin bəyanatı birtərəfli xarakter daşıyır və qərəzlidir

21:41 28.09.2020

AzTV işğaldan azad olunan Talış yüksəkliyinin görüntülərini yaydı - VİDEO

21:22 28.09.2020

Hikmət Hacıyev: Azərbaycan və Türkiyə bir-birini tərəddüdsüz dəstəkləyir

21:19 28.09.2020

Azərbaycanda komendant saatı başladı

21:08 28.09.2020

Ermənistan ordusunun generalı da öldürüldü

21:05 28.09.2020

Səbinə Əliyeva ermənilərin atəşə tutduğu bölgədə

X Mostbet