Lənkəran Dövlət Universiteti (LDU) rektorunun köməkçisi vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların pulunu mənimsədiyinə görə yaxalanıb. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-ya verilən məlumata görə, rayonun Əşlə kənd sakini, 1978-ci il təvəllüdlüEmin Şahgəldi oğlu ŞahzadəLDU rektorunun köməkçisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı vətəndaşlardan onların yaxın qohumlarını universitetə və digər dövlət təşkilatlarına işə düzəltmək adı ilə üst-üstə 16 min manat məbləğində pul alaraq mənimsəyib. Aldadılmış şəxslər - Masallı şəhər sakinləriXanımgül Əliyevadan vəZaur Tağızadədən, Lənkəran şəhər sakinləriŞahin Baxşıyevdən vəNuriyyə Yusibovadan, Lənkəran rayonunun Qumbaşı kənd sakiniHəbibə Əliyevadan, Xolmili kənd sakiniRəisə Mahmudovadan və digərlərindən ŞPŞ-nə daxil olmuş şikayət ərizələrinə əsasən, Emin Şahzadə yaxalanaraq həbs olunub. Faktla bağlı Lənkəran ŞPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.