Azərbaycanda rusca danışanlara - KÖŞƏ

Azərbaycanda rusca danışanlara - KÖŞƏ
KÖŞƏ
14:05 18.01.2013
3749

Etibar Hüseynov

Özümüzdən yazmaq istəyirəm.. Özümüzdən özümüzə şikayət yazmaq istəyirəm. Əslində mən özümü güzgüyə baxanda da görürəm. Amma o “öz”ü məni görmür. Amma mən onu öz gözlərimlə görürəm. Gözün ki dili yoxdur.. Həm də gözün söz qədər qüdrəti yoxdur.

Mən özüm elə həm də öz sözümdəyəm.. Sözümdən məni tanıya, sözümdən məni qınaya bilərsiniz. Amma gözümdən? Gözümdən məni sınaya bilərsiniz. Ancaq, gözlər heç də həmişə özünün olmur axı.. Bu dünyaya öz gözlərinlə baxana qədər. Heç sözün də özünün olmur axı. Onu öz ana dilində deyənə qədər. Heç onda da o söz sənin olmur. Sənin niyə olsun axı? Bir söz ki ana dilində – ananın dilində olsun.. Ancaq onu da dəyişəcəklər ya da sən dəyişəcəksən.

Özündən utanmadan, dastanlara sığmayan sözündən utanmadan..Utanmaq üçün üz lazımdı. Bu da güzgüdə gördüyün üzdən deyil axı. Otaqdan-otağa, güzgüdən-güzgüyə o üzü dəyişə bilərsən. Günü-gündən də ayıra bilərsən. Sözünü dəyişdin, özünü dəyişdin, lap tutaq ki, gözünü də dəyişdin. Bəs özünü necə? Dəyişə bilərsənmi? Əsla.

Ancaq sən lap beşikdən də dəyişə bilərsən. Necə? Anaya “mama” deyərsən. Lap səndən küsməsin deyə ataya da “papa”deyərsən. Dayən olar, dayə deməzsən, “nyanka” deyərsən. Axı sən dil öyrənirsən, tələsməzsən, qarşıda səni əlifba yox, “azbuka” gözləyir axı. Elə bax sən tamam ordan dəyişərsən. Çünki, sözün özü dəyişəcək səni. Bədənin sənin olacaq, ruhun özgənin. Hər gecə Puşkinlə yatızdırıb, “nu poqodi” ilə oyadacaqlar səni. Bax onda dəyişəcəksən. Bu sözlər səni dəyişəcək, sonra sən böyüyüb Bakını dəyişəcəksən..Ama Bakını tam yox, yarımçıq. Dükanın elə lap astanasında mənə gülərək “dobro pojalovat” deyəndə. Vitrin arxasından mənə “çto vı xotite” soruşanda. Özümü çox özgə hiss eləyəcəyəm. Üzüm ağaracaq. Üzümlə bərabər gözüm qızaracaq. Arxaya çönüb İçərişəhəri də qırmızı görəcəyəm. Ətrafını qar görəcəm. Gözümdə hər yan ağaracaq. Elə biləcəyəm bu divarlar tam yadlaşıb, öz rəngində deyil. Bu dəfə də mən utanmayacağam. Səni Kreml divarlarına bənzətdiyimə görə. Utanmasan oynamağa nə var ki… Çıxacağam o dükandan. Qalacam düz küçənin ortasında. Elə onda fikrim də, zikrim də dolaşacaq. Bax onda mən özüm özümdə olmayacağam, sözüm də qutaracaq…

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı