Azərbaycanda şəhid qardaşların qəhrəmanlıqları haqda film çəkildi - VİDEO

GƏNCLİK
14:31 05.02.2021
975

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gətirdiyi "İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI” – adlı sənədli filmi geniş ictimaiyyətə təqdim edib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, "İKİ ŞƏHİD QARDAŞIN QƏHRƏMANLIQ DASTANI” – sənədli film”layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib:

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq biz son 3 ildə Gənclər Fondunun dəstəi ilə 3 film ərsəyə gətirmişik.Filmlərin hər biri Qarabağa həsr olunmuşdu. Bundan öncə bizMingəçevirdən olan,aprel döyüşlərində şəhid olmuş tankkomandiri Rahim Tağıyevə film çəkmişdik. Bu dəfə isə II Vətən müharibəsində şəhid olmuş 2 qardaşa film həsr edəcəyik. Mingəçevir şəhərindən olan şəhid qardaşlar bir gün fərqi ilə ön cəbhədə savaşaraq şəhidlik zirvəsinə ucalıblar. Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğlu düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv ediblər. Yaralı olmalarına baxmayaraq, döyüşə davam ediblər və son nəfəslərinə qədər düşmənə qan uddurublar”.

S.Abbasov qeyd edib ki, filmdə şəhid qardaşlarının ən yaxın qohumlarınin, eyni zamanada, Qarabağ Qazisinin müsahibələri yer alıb:

"Biz filmdə şəhidin anasını, yaxın qohumlarını, dostlarını, Qarabağ Qazisini, müəllimlərini danışdırmışıq. Şəhid qardaşların anası Sevinc xanımın 1 istəyir var: Övladlarının adı "Əli-İslam” formasında 20 və ya 18 Saylı məktəbə verilsin. Ümid edirəm, aidiyyatı qurumlar ürəyi parçalanan ananın bu istəyini reallığa çevirməyi bacaracaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Göstərdikləri dəstəkdən dolayı Gənclər Fonduna təşəkkür edir və hər kəsi filmi izləməyə dəvət edirəm”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir