Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir? - RƏQƏMLƏR

Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir? - RƏQƏMLƏR
SOSİAL
14:28 06.09.2026
86

Azərbaycanda doğum sayının azalması son illərdə demoqrafik gündəmin əsas məsələlərindən birinə çevrilib.

Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərdə ölkədə doğulan körpələrin sayının ilbəil azaldığı aydın şəkildə nəzərə çarpır. İllik göstəricilərə nəzər saldıqda, 2024-cü ildə ölkə üzrə 102 310 doğulan körpə qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm azalaraq 95 875-ə düşüb. 

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: 

Gəncləri düşündürən əsas məqam 

Bu tendensiyanın səbəbləri sırasında uşağın dünyaya gəlməsi və böyüdülməsinin ailə büdcəsinə yaratdığı maliyyə yükü də göstərilir. Gənclər arasında aparılan sorğular nəticəsində məlum olur ki, onları qorxudan əsas məqam uşağa çəkilən xərclərdir.

İki uşaq sahibi olan Elmir deyir ki, 10 il öncə ilə indiki xərclər eyni deyil: "10 il əvvəl uşaq böyütməyin qayğıları başqa idi, indiki qədər maliyyə yükü yaratmırdı. Böyük uşağımız böyüyəndə büdcəni planlamaq daha rahat idi. Gündəlik ehtiyaclar, geyimi, arabir həkim müayinəsi ailənin cibinə bu dərəcədə təsir etmirdi. İndi isə xərc addımbaşı hiss olunur. Bu gün bir uşağın normal qidalanması, bağça ödənişi, xəstələnəndə aptek xərcləri, üzərinə də oyuncaq və dəftərxana ləvazimatlarını gələndə aylıq xərc bəzən 1 000 manata qədər çıxır". 

Maraqlıdır, Azərbaycanda orta gəlirli ailə üçün yeni doğulan uşağın xərci nə qədərdir? 

Hamiləlik və ilk hazırlıq 

Xərclər hamiləlik dövründən başlayır. Hamiləlik müddətində həkim müayinələri, doğuş, körpənin ilkin ehtiyacları, tibbi xidmətlər, geyim, qida və digər xərclər ailənin büdcəsinə təsir edir. 

Ölkədə tətbiq olunan İcbari Tibbi Sığorta (İTS) çərçivəsində dövlət tibb müəssisələrində hamiləliyin təqibi, standart laborator analizlər, ultrasəs müayinələri (USM) və doğuş əməliyyatı (həm təbii, həm də tibbi göstərişlə qeysəriyyə) tam pulsuz həyata keçirilir. Bu xidmətlər dövlət xəstəxanalarını seçən ailələrin tibbi yükünü gözəçarpan dərəcədə azaldır. Buna baxmayaraq, sığorta zərfinin əhatə etmədiyi və birbaşa ailə büdcəsindən qarşılanan ciddi xərc maddələri qalmaqdadır. Özəl tibb müəssisələrinə müraciət edildikdə həkim mütəxəssis qəbulu 50-120 AZN, USM müayinələri 40-90 AZN, özəl klinikalarda doğuş paketləri isə 1 200-3 500 AZN arasında dəyişən əlavə ödəniş tələb edir. Dövlət xəstəxanasında belə xüsusi həkim seçimi sığortaya daxil deyil. Hamiləlik dövründə təyin olunan vitaminlər, dəmir preparatları, dərmanlar (aylıq 80-180 AZN) və bəzi xüsusi genetik testlər sığorta tərəfindən ödənilmir. Sığorta mexanizmi yalnız tibbi xidmətləri əhatə etdiyindən, körpənin ilkin ehtiyacları - uşaq arabası (250-1 200 AZN), beşik (200-800 AZN), geyim və yataq dəstləri (150-400 AZN) birdəfəlik böyük kapitallaşma tələb edir. Nəticədə, İTS tibbi baxımdan baza dəstəyi təmin etsə də, xüsusi tibbi xidmət üstünlükləri, aptek xərcləri və körpənin ilkin təchizatı uşaq dünyaya gəlməmişdən öncə ailə üçün minimum 1 200-3 500+ AZN civarında qaçılmaz bir maliyyə öhdəliyi yaradır. Daha bahalı klinikalar və premium məhsullar seçildikdə bu məbləğ əhəmiyyətli dərəcədə arta bilər. 

Körpənin ilk ili: Büdcədə ən böyük sınaq 

Uşaq bezlərinə ayda minimum 60-100 manat, gigiyena vasitələrinə 30-70 manat, geyimə 30-80 manat, dərman və digər tibbi ehtiyaclara isə orta hesabla 30-100 manat xərclənə bilər. Orta gəlirli ailə üçün körpənin gündəlik ehtiyaclarını nəzərə aldıqda, ilk il ərzində xərclər kifayət qədər geniş diapazonda dəyişir. Körpənin ana südü ilə qidalanması ailənin xərclərini müəyyən qədər azalda bilər. Əks halda süni qida üçün aylıq əlavə 100-250 manat və daha çox vəsait tələb olunur. Orta hesabla bir uşağa ayda 400-450 manat civarında xərc formalaşır. Bu isə bir il ərzində təxminən 4 800-5 400 manat deməkdir. 

Görünməyən xərclər və sosial təsirlər

İqtisadçı-ekspert Rauf Qarayev bildirir ki, uşaq saxlanılması və ailə planlaması məsələsində görünməyən əlavə xərclər ailə büdcəsinə kəskin təsir edir. Ekspertin sözlərinə görə, uşaq böyüdərkən çəkilən xərclər yalnız standart qida və geyimlə bitmir. Buraya xəstəliklər zamanı lazımi dərmanlar, həkim müayinələri, nəqliyyat xərcləri, özəl bağça ödənişləri, dəftərxana ləvazimatları və gündəlik gigiyenik ehtiyaclar daxildir. Mütəxəssis körpənin ən minimal günlük ehtiyaclarını bazarın ən ucuz qiymətləri ilə hesablayır: "Günə 5 ədəd istifadə olunan və bir ədədi 0.50 AZN olan uşaq bezi ayda 75 manat, günə 12 ədəd hesabı ilə ayda 3 paket işlədilən 120 ədədlik nəm salfet 9 manat təşkil edir. Bunun üzərinə 90 qramlıq uşaq sabunu üçün 4.50 manat (3 ədəd), 200 ml şampun üçün 7.50 manat (3 ədəd), diş fırçası üçün 3.10 manat, uşaq geli üçün 4 manat əlavə olunur. Qida tərəfində isə 300 qramlıq ən ucuz uşaq yeməyindən ayda 18 ədəd istifadə edildikdə 207 manat, həftədə 4 ədəd alınan kəsmik-banan üçün isə ayda 27 manat xərc yaranır. Beləliklə, uşağın gigiyena, qulluq və qida ləvazimatları aylıq 337 manat təşkil edir". 

İqtisadçı qeyd edir ki, bu baza xərclərinin üzərinə uşağın ehtimal olunan həkim-dərman xərcləri, geyimi, bağça və nəqliyyat ödənişləri də əlavə edildikdə, bir uşağın saxlanılması üçün minimum 800 manat civarında aylıq məbləğ yaranır və valideynlərin imkanlarından asılı olaraq bu rəqəm dördrəqəmli ədədlərə qədər yüksələ bilir. İqtisadçının fikrincə, bu ağır maliyyə yükü cəmiyyətdə ciddi sosial-demoqrafik dəyişikliklərə yol açır, insanları ailə qurmaqdan çəkindirir, evlənənləri yalnız bir uşaqla kifayətlənməyə sövq edir və ya bəzilərinin ümumiyyətlə subay həyat tərzini seçməsinə səbəb olur. 

Orta əməkhaqqı və uşaq xərclərinin nisbəti

2026-cı ilin ilk aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı təxminən 1 172 manat olub. Əgər körpənin orta aylıq birbaşa xərcini minimum 350 manat götürsək, bu məbləğ orta əməkhaqqının təxminən 30 faizinə bərabərdir. Başqa sözlə, orta əməkhaqqı alan bir şəxsin qazancının təxminən üçdə biri yalnız körpənin əsas aylıq ehtiyaclarına gedə bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mourinyonun Arda Gülərlə bağlı qərarı narazılıq yaratdı
14:56 06.09.2026
Mourinyonun Arda Gülərlə bağlı qərarı narazılıq yaratdı
Yəmən hərbçiləri mühüm rayonu husilərdən geri alıb
14:53 06.09.2026
Yəmən hərbçiləri mühüm rayonu husilərdən geri alıb
Zelenski: Müharibənin başa çatmasını yaxınlaşdırmağa hazırıq
14:43 06.09.2026
Zelenski: Müharibənin başa çatmasını yaxınlaşdırmağa hazırıq
Ağdamda mina partlayışı: Xəsarət alan şəxsin son vəziyyəti məlum oldu
14:40 06.09.2026
Ağdamda mina partlayışı: Xəsarət alan şəxsin son vəziyyəti məlum oldu
“Lion”a qayıtmaq istəyirdi, icazə vermədilər - Karyerasını bitirə bilər
14:35 06.09.2026
“Lion”a qayıtmaq istəyirdi, icazə vermədilər - Karyerasını bitirə bilər
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
14:33 06.09.2026
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir? - RƏQƏMLƏR
14:28 06.09.2026
Azərbaycanda uşaq böyütmək neçəyə başa gəlir? - RƏQƏMLƏR
Qazaxda qəzaya düşən iki qardaşın vəziyyəti AÇIQLANDI
14:20 06.09.2026
Qazaxda qəzaya düşən iki qardaşın vəziyyəti AÇIQLANDI
“Onların neft tankerlərini məhv edəcəyik” - İranı hədələdi
14:16 06.09.2026
“Onların neft tankerlərini məhv edəcəyik” - İranı hədələdi
Tarixi abidələrə qarşı vandallıq aktları: Dünyada belə hallarla necə mübarizə aparılır?
14:11 06.09.2026
Tarixi abidələrə qarşı vandallıq aktları: Dünyada belə hallarla necə mübarizə aparılır?
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi
14:03 06.09.2026
Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi
Şahin Mustafayev iranlı nazirlə danışdı — Nələr müzakirə olundu?
13:58 06.09.2026
Şahin Mustafayev iranlı nazirlə danışdı — Nələr müzakirə olundu?
Hava kəskin dəyişir - Sabah bu ərazilərə dolu və qar yağacaq
13:51 06.09.2026
Hava kəskin dəyişir - Sabah bu ərazilərə dolu və qar yağacaq
Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" - VİDEO - FOTO
13:23 06.09.2026
Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" - VİDEO - FOTO
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
13:13 06.09.2026
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
13:06 06.09.2026
Astarada başına boru düşən Cəlilabad sakini ölüb