Azərbaycanda yenicə ailə qurmuş qadın özünü öldürmək istədi

Azərbaycanda yenicə ailə qurmuş qadın özünü öldürmək istədi
SOSİAL
09:51 05.03.2020
2636
Qaxda yenicə ailə quran qadın özünü zəhərləyib.

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Turaclı kəndində baş verib.

1996-cı il təvəllüdlü kənd sakini Orucova Əfsanə Rüfət qızı "Net” təmizləyici vasitəsini içib.

O, dərhal yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibb müəssisəsində Ə.Orucovaya yardım göstərilib.

Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Ə.Orucovanın həmin yuyucu vasitəni hansı səbəbdən içdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Ə.Orucova 2-3 ay əvvəl ailə həyatı qurub.
OXŞAR XƏBƏRLƏR