Azərbaycanda yenidən qapanma olacaq? – “Hamı arxayınlaşır”

Azərbaycanda yenidən qapanma olacaq? – “Hamı arxayınlaşır”
SOSİAL
13:41 20.10.2021
1859

Son günlər ölkədə koronavirusa yoluxma dinamikasında artım müşahidə olunur. Bu səbəbdən aktiv xəstə sayı da yenidən artmağa başlayıb. Ötən gün isə yoluxma sayının 2000-i keçməsi vətəndaşların bir qədər də narahatlığına səbəb olub.

Bu cür vəziyyət yenidən qapanmalara gedilib-gedilməyəcəyi sualını ortaya çıxarıb.

Bəs görəsən yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən qapanmalara getməyə ehtiyac varmı?

Mövzü ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Fazil Mustafa fikirlərini bildirib. Deputat qeyd edib ki, hər kəs fərdi qaydada özünü qorumalıdır:

"Qapanmalara ehtiyac yoxdur, hər kəs fərdi qaydada özünü qorumalıdır. Amma vətəndaşlar özlərini qorumurlar. Yoluxma sayı bir balaca aşağı enir, maskanı çıxarırlar, rahat gəzirlər. Hamı arxayınlaşır, bu da artıma səbəb olur. Mən həmişə demişəm, bu, bir mədəniyyət məsələsidir. Yəni cəmiyyətin mədəni səviyyəsi ilə bağlı məsələdir. Cəmiyyət özünü qorumasa qanunla, qapanmayla nəyisə tam həll etmək mümkün deyil. Bunlar hamısı formal xarakter daşıyır. Ona görə də, bu kimi məsələlər insanların özünə qalır. Bu cür vəziyyətdə hər kəs özünü qorumalıdır. Artım da bununla bağlıdır”.

Fazil Mustafanın sözlərinə görə, insanlar cərimə yazılmadığındanarxayınlaşdıqları üçün maska taxmırlar: "Məsələn, küçədə görürsən ki, bir 30 nəfərdə maska varsa, 50 nəfər də maskasızdır. Buna görə cərimə də yoxdur, əvvəlki kimi heç bir vətəndaşa küçədə maskaya görə cərimə yazılmır. Arxayındır ki, heç kim yoxlamayacaq. İndi hər şeyi yoxlamaq, hər şeyə görə cərimə yazmaq olmaz axı. Gərək insanlar buna əməl etsin, məsuliyyətli davransın. Əməl etmədikləri müddətdə bu çətinlik olacaq”.

 

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
21:40 26.10.2026
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
21:25 26.10.2026
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
21:19 26.10.2026
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
21:14 26.10.2026
"Vatican News"un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
21:10 26.10.2026
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
21:04 26.10.2026
Bu gecə “Qızıl top” öz sahibini tapacaq - O getməyəcək
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
20:59 26.10.2026
Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"
20:55 26.10.2026
Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
20:48 26.10.2026
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
20:42 26.10.2026
Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
20:37 26.10.2026
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul ediblər
20:35 26.10.2026
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul ediblər
Sabah 30 kənddə qaz olmayacaq
20:30 26.10.2026
Sabah 30 kənddə qaz olmayacaq
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
20:27 26.10.2026
Moratinos: BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib
20:17 26.10.2026
MDB-yə üzv dövlətlər vergi əməkdaşlığının genişləndirilməsini müzakirə edib