Oktyabrın 23-də respublikanın avtomobil yollarında baş vermiş qəzalarda xeyli insan dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınmış 11 yol-nəqliyyat hadisəsi nəticədə 8 nəfər ölüb, 13 nəfər isə yaralanıb.