‘Azərbaycanda Özalı öldürmək istəyən təşkilat ola bilməzdi’

‘Azərbaycanda Özalı öldürmək istəyən təşkilat ola bilməzdi’
Bütün Xəbərlər
01:43 21.04.2013
1194

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə bağlı onun xanımı Səmra Özalın istintaqa verdiyi ifadə mətbuata yol tapıb.

Türkiyənin NTV telekanalının məlumatına görə, S. Özal ifadəsində deyib ki, 15 il əvvəl naməlum bir şəxsdən məktub alıb. Bu məktubda T. Özalın öldürüldüyü bildirilib və qatilin adı yazılıb: “Həyat yoldaşım vəfat etdikdən sonra İstanbulda yaşadığım evə bir nəfər gəlib və qapıdakı mühafizəçilərə mənimlə mütləq görüşmək istədiyini söyləyib. Mən həmin vaxt evdə olmamışam. Mühafizəçilər evdə olmadığımı dedikdə həmin şəxs onlara bir kağız verib. Kağızda aşağıdakı sözlər yazılmışdı: “Turqut Özalı öldürüblər. Qatil Azərbaycandadır. Adı Həsən Əlioğludur”.

Səmra Özal bu kağızı oxuduqdan sonra dərhal hərəkətə keçdiyini, lakin Həsən Əlioğlu adında adamın izinə düşə bilmədiyini bildirib.

Səmra Özal mərhum prezidentin ölüm anını da müstəntiqə danışıb. O, T. Özalın qəflətən yerə yıxıldığını və ağzından ağ rəngli bir mayenin axdığını deyib. T. Özal xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Xatırladaq ki, 1993-cü il aprelin 17-də vəfat edən Turqut Özal ölümündən iki gün əvvəl Azərbaycanda səfərdə olub.

AZXEBER.COM-un məlumatına görə, Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər “Gündəlik Teleqraf”a açıqlamasında bildirib ki, həmin dövrdə də belə şayiələr var idi: “Təbii ki, təhqiqata gec də olsa, başlanılması yaxşı haldır. Amma bu barədə istintaq orqanları dəlil-sübutlar, şahid ifadəsi əsasında hər hansı fikir söyləyə bilər. Şayiələr əsasında nə isə söyləmək qeyri-ciddi olar”.

Onun sözlərinə görə, Özalın zəhərlənməsi ilə bağlı Azərbaycana qarşı ittihamlar o zaman da olub, indi də var.

Politoloq Zərdüşt Əlizadəhesab edir ki, Özalın ölümü həmişə sual doğurub: “Təbii ki, onun ölümündən faydalanan adamlar və siyasi qüvvələr də olub. Ortada istintaq orqanlarının rəsmi hesabatı yoxdursa, əlavə danışmaq yersizdir. Özal görkəmli siyasi xadim idi, Türkiyənin tarixində böyük rol oynadı, inkişafına təkan verdi. Allah rəhmət eləsin. Azərbaycan o vaxt elə durumda idi ki, ölkəmizdə Özalı öldürmək istəyən siyasi qüvvə və ya təşkilat ola bilməzdi. Ancaq başqa ölkələr bunu edə bilərdilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
19:24 15.08.2025
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
19:21 15.08.2025
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
19:10 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
18:59 15.08.2025
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib
18:48 15.08.2025
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib