Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salındı
SİYASƏT
15:45 09.01.2026
191
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.

AZXEBER.COM xəbər verir ki, ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından yola salınıb.

Yük 1742 ton "Aİ-95” markalı benzin və 956 ton dizeldən ibarətdir və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
OXŞAR XƏBƏRLƏR