Səhər saatlarında yollar buzdan təmizlənib
Azərbaycanın avtomobil yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən gecə Bakı-Quba və Bakı-Şamaxı yolunda buzlaşma müşahidə olunub. Lakin səhər saatlarında yollar buzdan təmizlənib. Hazırda respublikanın bütün magistral yollarında hərəkət zolağı aktivdir.