Azərbaycanın ən çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın ən çox ticarət apardığı ölkələr -  SİYAHI
İQTİSADİYYAT
12:52 28.11.2013
1751

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 147 ölkə ilə 28 mlrd. 798 mln. 625 min dollar məbləğində ticarət əməliyyatı aparıb.

Ticarət dövriyyəsinin 22 mlrd. 848 mln. 986 min dolları və ya 79%-i 15 ölkə ilə aparılan dövriyyənin payına düşüb.AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 15 ölkənin siyahısını təqdim edir.Beləliklə, bu ilin 10 ayında da Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi hesabat dövründə 5 mlrd. 066 mln. 500 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 17%-ni tutub.Ticarət dövriyyəsində önə çıxan ikinci ölkə İndoneziyadır. Bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 mlrd. 544 mln. 272 min dollar təşkil edib. İndoneziya ilə ticarət dövriyyəsi hesabat dövründə Azərbaycanın ümumi dövriyyəsinin təxminən 9%-ni tutub.İlin 10 ayında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı üçüncü ölkə Rusiya Federasiyası olub ki, bu ölkə ilə də ticarət dövriyyəsinin həcmi 2 mlrd. 176 mln. 376 min dollar təşkil edib. Rusiya ilə ticarət dövriyyəsi ümumi dövriyyənin 7%-i qədər olub.Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı digər ölkə isə Türkiyə olub. Bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 1 mlrd. 644 mln. 181 min dollar təşkil edib.Yanvar-oktyabr aylarında 1 mlrd. 630 mln. 985 min dollar dövriyyə ilə Almaniya Azərbaycanın beşinci ticarət tərəfdaşı olub.Ticarət dövriyyəsində öndə olan növbəti ölkə 1 mlrd. 568 mln. 412 min dollar dövriyyə ilə Tailand olub.Hesabat dövründə Böyük Britaniya 1 mlrd. 323 mln.158 min dollar dövriyyə ilə Azərbaycanın yeddinci ən böyük ticarət tərəfdaşı olub.Azərbaycanın ən çox ticarət apardığı növbəti ölkə Fransa olub. Bu ölkə ilə ilin 10 ayında 1 mlrd. 304 mln. 442 min dollar məbləğində ticarət dövriyyəsi qeydə alınıb.ABŞ da Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı 10 ölkə arasında yer alıb. Bu ölkə Azərbaycanla 1 mlrd. 188 mln. 688 min dollar məbləğində ticarət əməliyyatı aparıb.Hesabat dövründə ticarət dövriyyəsində öndə olan ölkələr arasında 1 mlrd. 019 mln. 433 min dollar dövriyyə ilə İsrail də yer alıb.Azərbaycanın ticarət əməliyyatı apardığı digər ölkələrə gəlincə isə bu ölkələr Hindistan (910 mln. 762 min dollar), Yunanıstan (749 mln. 475 min dollar), Ukrayna (670 mln. 847 min dollar), Portuqaliya (527 mln. 344 min dollar), Çin (524 mln. 104 min dollar) olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
Bakıda havanı toz basıb: Səbəbi nədir?
13:32 22.09.2026
Bakıda havanı toz basıb: Səbəbi nədir?
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
13:27 22.09.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
13:07 22.09.2026
Emin Əmrullayev rəqəmsal təhsillə bağlı tədbirdə çıxış edib
Sabah hava necə olacaq?
13:05 22.09.2026
Sabah hava necə olacaq?
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
13:03 22.09.2026
Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
12:50 22.09.2026
Bir maaşla dolanmaq çətinləşib – İnsanlar niyə iki işdə işləyir?
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”
12:49 22.09.2026
Deputat tikinti şirkətlərini tənqid etdi: “Gecə saatlarında tikinti aparılmasın”