Azərbaycanın ilk peyki orbital mövqeyinə çatıb

Azərbaycanın ilk peyki orbital mövqeyinə çatıb
İQTİSADİYYAT
11:35 19.02.2013
1885

Fevralın 15-də peykin günəş panelləri açılıb və reflektorları işə düşüb. Fevralın 19-dan mart ayının əvvəlinədək peykin orbitdəki sınaqları davam edəcək və daha sonra peykin idarəetməsi tam olaraq «Azərkosmos» ASC-yə təhvil veriləcək.

Peykin idarəsi «Azərkosmos» ASC-nin Bakı yaxınlığında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən «Azərkosmos»un mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi isə Naxçıvanda yerləşir.

 Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.

Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.

Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır