“Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu

“Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu
SİYASƏT
00:11 10.12.2019
6387
Dekabr ayının 7-də Atatürk Mərkəzində Azərbaycanın Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın təqdimat mərasimi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, "Azərbaycanın Mehriban Siması” adlanan kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevdir. 

Təqdimat mərasimində bir sıra elm adamları, ictimai-siyasi xadimlər, millət vəkilləri, YAP Siyasi Şurasının üzvləri və tanınmış jurnalistlər və digərləri iştirak ediblər. 

Atatürk Mərkəzinin rəhbəri, Azərbaycan MEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov kitabda ölkəsi üçün gördüyü işlər, Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı olan bir şəxsiyyətin, cəmiyyətin səsinə səs verən, hər zaman xalqının yanında olan Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılan fikirləri yüksək qiymətləndirib.

Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılmış bu fundamental əsər beş fəsildən ibarətdir. Kitabda Mehriban Əliyeva Azərbaycan qadınının müasir obrazı, Mədəniyyət Diplomatiyası: İctimai Missiyanın Uğur Salnaməsi, Sülh Carçısı: Milli və Bəşəri İdealların Hamısı, Heydər Əliyev Fondu Azərbaycanın zəngin milli-maddi sərvəti, Mehriban Əliyevanın İctimai-siyasi portretinin əsas cizgiləri istiqamətində qələmə alınan məqalələr, ictimai-siyasi motivli yazılar yer alıb.

Müəllif kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti tarixinin nümunələrini bütün dünyaya çatdırmasını, eləcə də, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyətinin ölkədə ki, quruculuq proseslərinə müsbət təsirindən söz açıb. Bütün bunlar "Azərbaycanın Mehriban Siması” adlı kitabında ciddi elmi əsaslar və faktlarla əks olunub. 

Azərbaycan qadınları üçün gözəl nümunə olan Mehriban Əliyeva ölkə daxilində və xaricində keçirdiyi görüşlərdə Azərbaycan haqqında çıxışları, apardığı fikir mübadilələri ilə özünün dərin biliyə, geniş erudisiyaya malik olduğunu yüksək səviyyədə nümayiş etdirib. 

Tədimat zamanı qonaqlar kitab barədə öz fikirlərini ifadə edib, müəllifi təbrik ediblər. 

Qeyd edək ki, "Azərbaycanın Mehriban Siması” adlı kitabın yaxın gələcəkdə bir neçə xarici dillərə tərcümə edilməsi də nəzərdə tutulub. Müəllifin sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat