Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
SİYASƏT
12:29 08.10.2026
159
8 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunu olaraq Birgə Bəyanat imzalanıb.

Bəyanatda tərəflər Azərbaycan Respublikasının Məşvərət Görüşündə tamhüquqlu iştirakının əhəmiyyətini vurğulayıblar.

Eləcə də, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.

Sənəddə dövlət başçıları ölkələrinin Birləşmiş Millətlər Təşkilatı, habelə üzv olduqları digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər və çoxtərəfli qarşılıqlı fəaliyyətin hərtərəfli və ardıcıl şəkildə inkişaf etdirilməsinin, habelə davamlı inkişafa, xalqların rifahına və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın uzunmüddətli sabitliyinin təmin edilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Bundan başqa, tərəflər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına hörmət əsasında regional və beynəlxalq təhlükəsizlik sahəsində, o cümlədən terrorizmə, ekstremizmə və radikalizmə, qanunsuz miqrasiyaya, transmilli mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə, habelə genişmiqyaslı və transsərhəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində qarşılıqlı fəaliyyəti genişləndirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə, investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə, müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını ifadə etdilər.

Bundan başqa, dövlət başçıları inteqrasiya olunmuş regional nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinin prioritet əhəmiyyət daşıdığını qeyd etdilər və "Şərq–Qərb” və "Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin davamlı iqtisadi artımın və regionlararası əlaqələrin genişləndirilməsinin əsas amilləri kimi əhəmiyyətini vurğulayaraq, öz dövlətlərinin ərazilərindən keçən tranzit-nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinin vacibliyini təsdiq etdilər.

Tərəflər həmçinin iştirakçı ölkələrin enerji sahəsində əldə olunmuş əməkdaşlıq səviyyəsini qeyd etdilər və təcrübə mübadiləsi, o cümlədən Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən enerji dəhlizlərinin inkişafı layihələrinə yönəlmiş yeni layihələrin perspektivlərinin öyrənilməsi əsasında bu əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə etdilər. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin istehsalı və ötürülməsi layihəsinin imkanlarından istifadənin əhəmiyyətini qeyd etdilər. Layihənin məqsədi Mərkəzi Asiyadan yaşıl elektrik enerjisinin Azərbaycan Respublikası vasitəsilə Avropaya ixracı üçün enerji dəhlizinin yaradılmasıdır.

Tərəflər 2025-ci il noyabrın 21-də Azərbaycanda Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin yaradılmasını alqışladılar və onun Azərbaycanda və daha geniş regionda rəqəmsal innovasiyaların inkişafına, startap ekosistemlərinin dəstəklənməsinə və rəqəmsal transformasiyanın təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyətini qeyd etdilər. Həmçinin vurğuladılar ki, Mərkəzin əsas məqsədi innovasiya və sahibkarlıq potensialının gücləndirilməsi, ekosistem iştirakçıları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və regionda rəqəmsal transformasiyanın sürətləndirilməsidir.

Dövlət başçıları eləcə də aşağıdakı sahələrdə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini qeyd etdilər və sözügedən istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək verməyə hazır olduqlarını ifadə etdilər:

- qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq və birgə təşəbbüsləri həyata keçirmək məqsədilə parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi,

- ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinə qarşı mübarizə və təbii ehtiyatlardan davamlı istifadənin təşviqi, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və ekosistemlərin, biomüxtəlifliyin qorunması,

- qabaqcıl texnologiyalar, innovasiyalar, rəqəmsal sistemlərin tətbiqi, rəqəmsal transformasiya, süni intellekt və elmi-texniki tərəqqi sahəsində ən yaxşı təcrübələrin mübadiləsi,

- sənaye məhsullarının iştirakçı dövlətlərin bazarlarına çıxarılması üçün əlverişli şəraitin yaradılması,

- əczaçılıq, tibb kadrlarının hazırlanması, rəqəmsal həllərin və teletibb xidmətlərinin tətbiqi sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi,

- humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi, xalqlarımızı birləşdirən tarixi-mədəni və mənəvi irsin, ümumi ənənə və dəyərlərin qorunması və təbliği, habelə incəsənət və ədəbiyyat sahəsində təşəbbüslərin dəstəklənməsi, Mərkəzi Asiya və Azərbaycanın böyük mütəfəkkir və alimlərinin zəngin mənəvi və elmi irsinin BMT-də xüsusi təqdimatlarının keçirilməsi,

- Mərkəzi Asiya xalqları ilə Azərbaycan arasında dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət edən idman, turizm və digər sosial sahələrdə gənclər arasında əməkdaşlığın inkişaf etdirilməsi,

- Turizm zonalarının inkişafı sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, habelə turizm məhsullarının təşviqinə və Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın turizm potensialının tanıdılmasının artırılmasına yardım göstərilməsi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycanın sədrliyi yeni imkanlar yaradır” – Deputat
13:47 08.10.2026
“Azərbaycanın sədrliyi yeni imkanlar yaradır” – Deputat
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
13:45 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
13:33 08.10.2026
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTOLAR
Sakinləri gündəlik həyatda ən çox nə əsəbiləşdirir? – VİDEOSORĞU
13:22 08.10.2026
Sakinləri gündəlik həyatda ən çox nə əsəbiləşdirir? – VİDEOSORĞU
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
13:00 08.10.2026
Bıçaqlanan müavin Vüqar Qurbanovun qohumu imiş
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
12:39 08.10.2026
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
12:35 08.10.2026
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
12:32 08.10.2026
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
12:29 08.10.2026
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"