Azərbaycanın tanınmış cərrahı İlizarov Mərkəzinin Fəxri Professoru seçilib - Fotolar

SAĞLAMLIQ
20:16 18.06.2021
713
Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzinin fəxri professoru seçilib.

AZXEBER.COM xəbər verir ki, 15-18 iyun 2021-ci ildə Rusiya Federasiyasının Kurqan şəhərində akademik Q.A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində (Q. A. İlizarov Mərkəzi) görkəmli alim, dünya şöhrətli həkim travmatoloq -ortoped, akademik Q.A. İlizarovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli konfrans keçirilib.

Həmin konfransda Q.A. İlizarov Mərkəzinin Elmi Şurasında 03 mart 2021-cil ildə yekdilliklə Fəxri Professor seçilmiş Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travma şöbəsinin elmi rəhbəri, əməkdar həkim, tibb üzrə elmlər doktoru, professor Qələndər Surxay oğlu Canbaxışova Fəxri Professor adının simvolları təqdim edilib.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR