Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində

Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
İDMAN
16:05 08.10.2026
533
"Qarabağ" Akadamiyasının futbolçusu Əli İbrahim "Olimpiakos" klubunda təcrübə keçmək üçün Yunanıstana yollanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.

O, Azərbaycanın U-20 millisinin üzvünün hazırda Afinada olduğunu söyləyib:

"Əli İbrahim şəxsi təşəbbüsü, bizim klubun da icazəsi ilə birhəftəlik "Olimpiakos"un düşərgəsinə yollanıb".

N.Kərimov hücumçunun sözügedən kluba mümkün transferinə də toxunub:

"Hazırda belə söhbət və ya müzakirə yoxdur. Futbolçumuz təcrübə keçmək üçün Yunanıstan təmsilçisinin düşərgəsindədir. Gələcəkdə əlavə nəsə olsa, danışa bilərik".
OXŞAR XƏBƏRLƏR