Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
SİYASƏT
16:18 12.08.2026
1793
Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu təyinatla Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfrilərinin sayı bir nəfər də artıb.

Hazırda Azərbaycanın xarici ölkələrdə 70 səfirliyi fəaliyyət göstərir. 

Onlardan 3-nə qadın diplomatlar rəhbərlik edir.

AZXEBER.COM Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən qadın səfirləri təqdim edir:

Hazırda Azərbaycanı diplomatiya sahəsində təmsil edən qadın səfirlərdən biri Fransada fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Leyla Abdullayeva Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində və Avropa İttifaqı yanında nümayəndəliyində diplomatik fəaliyyət göstərib.

XİN-də bundan əvvəl Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. Bu təyinatdan əvvəl isə XİN-in Mətbuat xidmətinin rəhbəri olub. Ailəlidir, iki övladı var.

Digər qadın səfir Macarıstanda fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 29 iyul 2026-cı il tarixli sərəncamı ilə Esmira Firudin qızı Cəfərova Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Esmira Cəfərova 1979-cu il mayın 24-də anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin məzunudur. Macarıstanın Mərkəzi Avropa Universitetində beynəlxalq münasibətlər və Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

Vyana Universitetində doktorantura pilləsini bitirib və siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Həmçinin Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində ziyarətçi elmi işçi kimi fəaliyyət göstərib.

E.Cəfərova diplomatik fəaliyyətə 2001-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində başlayıb. 2016-cı ilə qədər Azərbaycanın Avstriyadakı səfirliyində, ATƏT yanında missiyasında və Azərbaycanın BMT-dəki Daimi nümayəndəliyində çalışıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə təhlükəsizlik məsələlərindən məsul olub, Yaxın Şərq məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. 2014-2016-cı illərdə Azərbaycan XİN-in Hərbi-siyasi məsələlər idarəsində NATO/SNT şöbəsinin müdiri olub. 2016-2017-ci illərdə ADA Universitetində baş müəllim kimi çalışıb, xarici siyasətin təhlili, xarici siyasət nəzəriyyəsi və beynəlxalq təhlükəsizlik fənlərindən dərs deyib. 

2017-2019-cu illərdə Energetika Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, nazirin xarici məsələlər üzrə müşaviri vəzifələrində çalışıb.
2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunub və 2024-cü ilin iyulunadək bu vəzifədə çalışıb. Bu dövrdə xarici siyasət sahəsində çoxsaylı məqalələr yazıb, nüfuzlu xarici media qurumlarına müsahibələr verib. 44 günlük Vətən müharibəsi dövründə ekspert kimi fəal olub.

Azərbaycanın ən yeni qadın səfiri Nərminə Mustafayevadır.

Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Nərminə Mustafayeva bu təyinata qədər Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2020-ci il iyulun 28-də baş konsul təyin edilmişdi. Nərminə Mustafayeva 6 il İstanbulda baş konsul vəzifəsində çalışıb. 27 iyul 2026-cı il tarixində isə geri çağırılıb.

Qeyd edək ki, Nərminə Mustafayeva keçmişdə jurnalist kimi də fəaliyyət göstərib.

Belə ki, o, 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi” proqramının aparıcısı olub. Həmin dövrdə Nərminə Rüstəmova soyadı ilə tanınan telejurnalist daha sonra Prezident Administrasiyasının Protokol xidmətində çalışıb. Ailə qurduqdan sonra Mustafayeva soyadını götürüb.

Onun rəsmi tərcümeyi-halına görə, diplomatik karyerasına başlamazdan əvvəl Nərminə Mustafayeva 15 ildən artıq müddətdə Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətində çalışıb. Dövlət strukturlarında fəaliyyətə başlamazdan əvvəl isə dövlət və müstəqil media və yayım şirkətlərində jurnalist, aparıcı-redaktor kimi işləyib. ABŞ-ın Virciniya ştatında yerləşən Old Dominion Universitetində beynəlxalq biliklər üzrə magistr dərəcəsi alan Nərminə Mustafayeva, həmçinin Azərbaycan Dillər Universitetinin məzunudur. O, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib. Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub. Evlidir, üç övladı var. İngilis, rus və türk dillərini bilir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
15:27 02.10.2026
Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
15:06 02.10.2026
“Pəncəli Ürəklər” aksiyasına qoşularaq sevgimizi dəstəyə çevirək
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
15:03 02.10.2026
Xankəndidə İdarələrarası Mərkəzin iclası keçirildi - FOTOLAR
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
14:49 02.10.2026
Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
14:46 02.10.2026
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
14:21 02.10.2026
Zəfər və qüdrət: Azərbaycanın yeni strategiyası - Nahid Canbaxışlı yazır
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
14:10 02.10.2026
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
14:05 02.10.2026
Ard-arda artan kütləvi zəhərlənmələr - Buna görə kim məsuliyyət daşıyır?
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
13:58 02.10.2026
Taylandda daşqınlar 3,5 milyondan çox insana təsir edib
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
13:48 02.10.2026
Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
13:39 02.10.2026
DİN-dən məktəbdə uşaqların zəhərlənməsi ilə bağlı AÇIQLAMA
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
13:11 02.10.2026
Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
Leysan, dolu, qar... - Sabahın havası
13:01 02.10.2026
Leysan, dolu, qar... - Sabahın havası
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
12:52 02.10.2026
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
12:43 02.10.2026
“Turan Tovuz” – “Fənərbağça” qarşılaşması: “Hesabdan çox, oyunun özü önəmlidir”
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR
12:27 02.10.2026
Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR