Azərbaycanlı deputat AŞPA üzvlərini ruhi xəstələrə qayğı ilə yanaşmağa çağırıb

Azərbaycanlı deputat AŞPA üzvlərini ruhi xəstələrə qayğı ilə yanaşmağa çağırıb
SİYASƏT
15:43 27.06.2019
2560
"Biz dinindən, cinsindən və ruhi vəziyyətindən asılı olmayaraq hər bir kişinin, qadının və uşağın bərabərliyi üçün mübarizə aparmalıyıq".

Bu fikirləri AŞPA-nın yay sessiyasında "Ruhi sağlamlıqla bağlı məcburiyyətlərə son qoyulması: insan hüquqlarına əsaslanan yanaşmanın vacibliyi" adlı qətnamənin müzakirələri zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə bu gün Avropa vətəndaşların birgə və bərabər yaşayışlarını təmin etmək və inkişaf etdirmək kimi vacib məsələ ilə üz-üzə dayanıb: "Avropanın səhiyyə sistemində ruhi sağlamlıq problemi olan insanlarla bağlı insan hüquqlarına söykənən islahatlar aparılmalıdır. Ruhi sağlamlıq probleminə Avropada ciddi yanaşılmır. İnsan hüquqlarına zidd olan köhnəlmiş təcrübələr hələ də tətbiq edilməkdədir. Digər məsələlərdə olduğu kimi, bu məsələdə də ədalət və sivilizasiyanın təməli olan insan hüquqlarına əsaslanan vasitələr tətbiq olunmalıdır. Bizə vətəndaş cəmiyyətini, qanunun aliliyini və insan hüquqlarının universallığını müdafiə edən möhkəm bir Avropa lazımdır".

Deputat qeyd edib ki, Azərbaycanda bu sahədə bir sıra işlər görülür: "Mənim ölkəmdə - Azərbaycanda, bu sahədə insan hüquqlarına əsaslanan yanaşmanın həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik. Bu gün Avropa cəmiyyətinin rifahı və insanların bərabərliyi üçün mübarizə aparmalıyıq, çünki hamımız bərabər doğulmuşuq".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi