Azərbaycan millisinin sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq” komandası ABŞ-ın I divizionunda növbəti matçına çıxıb.
Komanda "Rio Qrande Voli” ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Rüfət 27-ci dəqiqədə hesabı 3:0 edib. Bu, cari mövsümdə onun vurduğu dördüncü qoldur. O, 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Rüfət Dadaşovun komandası 32 xalla turnir cədvəlində liderdir.