Azərbaycanlı hamilə qadın Türkiyədə qəzaya düşdü

DÜNYA
19:37 07.11.2019
11130

Türkiyənin Manisa şəhərində azərbaycanlı qadın yol qəzası nəticəsində xəsarət alıb.

Qəza bu gün günorta saatlarında baş verib. Həsən Arslan adlı şəxsin idarə etdiyi avtomobil Səma Dumanlının idarə etdiyi 3 təkərli elektrikli velosipedlə toqquşub. Nəticədə velosipeddə olan sərnişin - 3 aylıq hamilə Sonaxanım Məmmədova xəsarət alıb.

Yaxınlıqda olan vətəndaşlar təcili yardım çağırıblar. Soydaşımız xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

oxu.az

OXŞAR XƏBƏRLƏR