Ardınca Polşa da bir nəfəri hantavirusa yoluxma şübhəsi ilə sanitar nəzarət altına alıb. Mütəxəssislər virusun təhlükəli olduğunu desələr də, Ümumdünya Səhiyyə Təşkilatı yeni pandemiya riskinin olmadığını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, infeksionist Vasif Əliyev Baku TV-yə açıqlamasında bildirib ki, hantavirus insanlara əsasən gəmiricilər vasitəsilə keçir:
"Xəstəliyin əsas əlamətləri qızdırma, baş ağrısı, baş gicələnməsi, əzələ ağrıları, eyni zamanda tənəffüs çatışmazlığıdır. Amerika qitəsində müşahidə olunan hantavirus növləri ən təhlükəliləridir və ölüm riski daha yüksək hesab edilir. Təəssüf ki, hazırda bu virusa qarşı hər hansı peyvənd və ya xüsusi antiviral dərman mövcud deyil".











































