AZXEBER.COM-un Day.Az-a saytına istinadən xəbər verir ki, tibb elmləri namizədi Şöhrət Talıbov "Азербайджанские Известия" qəzetinə bildirib ki, insan vaxtının çox hissəsini oturaraq keçirirsə, onun qarın əzələləri zəifləyir."Onun üçün istənilən fiziki hərəkət travmalarla nəticələnə bilər. Belə ki, 6 kiloqramlıq zəmbillə əyilən adamın belinə 300 kiloqrama yaxın ağırlıq düşür. Əgər buna hündür dabanlı ayaqqabı da əlavə olunursa, dabanın hər santimetrinə görə, onurğaya düşən ağırlıq 10 kiloqram artır", - o əlavə edib.Həkimin sözlərinə görə, insan uzun müddət tərpənməz halda oturursa, boyun, bel və yuxarı ətrafin əzələlərində spazma yaranır. Əzələləri qidalandıran damarlar sıxılır və əzələlər zəifləyir.Boyun hissəsindəki əzələnin problemi baş gicəllənməsinə səbəb ola bilər. Boyun hissəsindən tək vacib sinirlər deyil, eyni zamanda beyini qidalandıran qan damarları da gedir. Bu, kəllə-beyinin fəaliyyətini zəiflədir.Ofis işində çalışan insanlar atçılıq və ya idman gimnastikasına diqqətlə yanaşsalar, yaxşıdır. Bundan başqa ayaqqabının hündürlüyünü 5 santimetrdən yuxarı etmək olmaz. Yataqdan yavaş-yavaş, ehtiyatla durmaq lazımdır. Ani hərəkətlər etmək olmaz. Yataq yarımsərt olmalıdır. Çit matrasdan olmalıdır, balışın hündürlüyü isə çiyinla başın arasındakı məsafə qədər olmalıdır. Üzgüçülük və qaçış da xeyirlidir.