Azərbaycanlı idmançı Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib.
AZXEBER.COM xəbər verir ki, illər öncə "Araz Naxçıvan” klubunda çıxış edən, daha sonra "Xəzər adaları”nın baş məşqçisi olan Elnur Qəmbərov bir müddət öncə Kanadaya köçmüşdü.
Ötən gün Kanada Futzal Assosiasiyasının yaydığı məlumata görə, o bu ölkənin yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib.
