Azərbaycanlı millət vəkili: 'Ermənistanda bizi təcridxana otağına apardılar'
Bütün Xəbərlər
20:09 24.02.2012
1491
“Ermənistan tərəfi səfərimizə kifayət qədər mane oldu. Erməni tərəfi təhlükəsizliyimizə təminat versə də, aeroportda bizi heç kim qarşılamadı. Sərhədçilər bizi gördükdə təəccübləndilər və təcridxana otağına apardılar. Bu, bizə qarşı psixoloji təzyiq xarakteri daşıyırdı. Amma biz özümüzü normal apardıq. Bu məsələ Ermənistan prezidenti ilə görüşdə də qaldırıldı”. Bunu Milli Məclisin bugünkü iclasında deputat Fərəc Quliyev Ermənistana səfər haqqında danışarkən deyib. O deyib ki, biz orda iştirak etməsəydik, istər Sarkisyanla görüşdə, istərsə də AVRONEST-in iclasında Azərbaycanın mövqeyi səslənməyəcəkdi və onlar Azərbaycanla bağlı öz mövqelərini sərgiləyəcəkdilər.