Azərbaycanlı şairlərin Allah haqqında xoşagəlməz misraları - ŞEİRLƏR

Azərbaycanlı şairlərin Allah haqqında xoşagəlməz misraları - ŞEİRLƏR
KÖŞƏ
00:52 25.08.2012
9034

Furqan Sadıq

Vaxt itirmədən birbaşa keçək mətləbə...

Mətləbə keçməzdən öncə isə bəri başdan deyim biləsiz ki, bu yazıda adlarını çəkib şeirlərindən parçalar verdiyim müəlliflərlə heç bir şəxsi tanışlığım yoxdu...

Və həmin müəlliflərə səslənib deyirəm ki, bu yazıma görə məndən inciməyin!

Yazmaq istədiyim mövzu bəlkə də mənim ən yaralı yerimdi. Adından göründüyü kimi bu yazıda müasir poeziyamızın mənim fikrimcə “çürük”, “zay” məhsullarından bəhs edəcəm. Hansılardı bu “zay” məhsullar? İndi oxuyacaqsız, Allahın izniylə...

Başlayaq kifayət qədər tanınan, oxunan və bəlkə də kifayət qədərdən çox sevilən Ramiz Rövşəndən. Həmin Ramiz Rövşən ki müasir Azərbaycan poeziyasının öndə, irəlidə gedənlərindəndi. Və həmin Ramiz Rövşən ki yaxşı şeirləri ilə yanaşı Allah haqqında bəs qədər xoşagəlməz misraları var. Nümunə istəyirsinizsə buyurun:

“Allah otu biçir, qadınlar dərz bağlayırdılar... ”

Bu bir. İkincisi:

“Allah da kaş ağlasın...”

Bu da ikinci. Hələ sırada üçüncü, dördüncü də var:

“Ölü Allah düşəcək...”

“Darıxıb ölür Allah...”-Haşa, min dəfə haşa...

Hə, oxuduzmu? İndisə baxaq...

Məgər Allah adam-zaddı bəyəm ki, ağlasın, ot biçsin, darıxıb ölsün? Görəsən Ramiz Rövşən bu misraları qələmə alanda heç qorxmayıbmı ki, o tərəfdə cavabını verməli olacaq?! Bəs görəsən Ramiz Rövşən bilməyibmi ki, bu misralar başdan-ayağa şirkdi? Və şirk də ən böyük, bağışlanmaz günahlardan biridi?!

Nə bilim, vallah...

Keçək Qulu Ağsəsə... Qulu Ağsəs mənim sevdiyim şairlərdən biridi. “Müharibə əlili” şeiri isə ən çox sevdiyim şeirlərindəndi. Amma Qulu Ağsəsin də eynilə Ramiz Rövşənin yuxarıdakı misraları kimi “zay” misraları var. Məsələn:

“Kimsən, nəçisən, ay Allah,

heç səndən baş tapammadıq...

Özün qurduğun dünyada

sənə bir iş tapammadıq...”

Nə deyəsən... Yenə həmin şeirdən:

“Neyləsən sevirəm səni,

qulunam, gəl min boynuma...

Bu şeiri də sən yazmısan,

babalı mənim boynuma...”

Bu nə deyir, ay qardaş? “Gəl min boynuma” nə deməkdi? Adicə bir adama “gəl min boynuma” desən əsəbləşib özündən çıxar. Qulu Ağsəsdəki cəsarətə bax ki, Allaha, Yaradana “gəl min boynuma” deyir... Görəsən bu cəsarətdi, yoxsa?!... Əstəğfirullah da...

Hələ yenə var... Buyurun, “zövq alın”:

“Özünü görməsək də,

xofun yamandı, Allah!

Bizi qırıb qurtarmamış

ölmə, amandı, Allah!”

Bu şeirdə Qulu Ağsəs qorxudan, xofdan söhbət açır, amma deyir ki, ölmə, amandı, Allah! Görən bu nə xofdu belə?! Maraqlıdı...

Və yaxud götürək Əlisəmid Kürün bu bircə bəndlik şeirini. Yaxınlarda kulis.az saytı bəh-bəhlə yayınlamışdı bu şeiri:

“Hamı iftar açır günah içində,

alqışla hamını, alqışla, Allah!

Sənin sağlığına içmişəm, Allah,

bağışla sən Allah, bağışla, Allah!”

Əlisəmid Kür nə demək istəyib burda? Allahın sağlığına içmək nə deməkdi?Və sonra da bağışlanmasını diləmək...

İndisə bu bir misraya baxaq:

“Mən ölüm, bu Tanrı dəmdi...”

Pərviz Cəbrayılındı bu misra...

Əlavə şərhə ehtiyac yoxdu və əgər ehtiyac olsa belə heç bir şərh söyləyə bilmərəm...

Sözüm yavaş-yavaş bitmək üzrədi. Fikirləşirəm ki, bu xoşagəlməz misralara, bəndlərə nə ad vermək olar? Allahla məzələnməkmi-haşa! Ya nə? Niyə şairlərimiz belə misralar, bəndlər qələmə alırlar? Bəlkə daha çox məşhurlaşmaq üçün, daha çox oxunmaq üçün... Şeirlərinin daha maraqlı alınması üçün... Amma Ramiz Rövşənin, Qulu Ağsəsin, Əlisəmid Kürün, Pərviz Cəbrayılın tanınmağa, məşhurlaşmağa ehtiyacımı var? Məncə yox...

Bəs belə misraların yazılmasının səbəbi nədir? Hələ ki, fikirləşirəm..

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı