Azərbaycanlılar üçün 'Eurovision'un finalına bilet qalmayıb

MƏDƏNİYYƏT
13:56 21.04.2012
2441
May ayında "Bakı Kristal Zalı"nda Eurovision Mahnı Müsabiqəsi 2012-nin 6 möhtəşəm şousu keçiriləcək. 42 ölkənin iştirak edəcəyi şouların hər biri özüməxsus və yaddaqalan olacaq. Bakı müsabiqəsində tamaşaçılar bütün konsertlərdə çox maraqlı açılış və interval şouları izləyəcək. Bunlardan 3-ü televiziya ilə canlı yayımlanacaq. Qeyri-adi səhnə quruluşuna, Avropada ilk dəfə istifadə olunan hərəkətli işıq effektlərinə, ən müasir səs və görüntüyə malik Eurovision Bakı şousunda iştirak etmək üçün tamaşaçılar biletləri şəhərimizdəki kassalardan da ala biləcək. ANS PRESS-in eurovision.az saytına istinadən yaydığı məlumata görə, aprelin 23-dən etibarən Bakı şəhərində Eurovision Mahnı Müsabiqəsi 2012-nin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışı başlayacaq. Satış paytaxtdakı 6 kassada həyata keçiriləcək. Vauçer satışı aşağıdakı qayda üzrə aparılacaq: -Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcək -Azərbaycan Respublikasının vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaq. 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur -Azərbaycan Respublikasında yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq -Hər bir şəxs maksimum 10 bilet ala bilər, bu zaman digər şəxslərin də sənədləri təqdim olunmalıdır -Biletlərin satışı zamanı ödəmə nəğd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası - manatla olacaq -Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz Xatırladaq ki, xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin Eurovision Mahnı Müsabiqəsi 2012-nin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək. Eurovision Mahnı Müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 AZN, onların əsas məşqlərinin biletləri 30-50 AZN, jüri finalının biletləri isə 60-100 AZN arasındadır. Eurovision Mahnı Müsabiqəsi 2012-nin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılıb. Bakı şəhərində biletlərin kassa satışı aşağıdakı ünvanlarda olacaq: 1.Heydər Əliyev Sarayının kassası (saat 11:00-19:00) 2.Nizami, 68 ünvanında yerləşən satış köşkü (saat 11:00-19:00) 3.Azərbaycan kinoteatrı yaxınlığındakı satış köşkü (saat 10:30-18:30) 4.Hökumət Evi yaxınlığındakı satış köşkü (saat 10:00-18:00) 5.Azərbaycan Dölət Akademik Opera və Balet Teatrının kassası (11:00-19:00)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir