“Azercell Biznes” korporativ müştəriləri üçün vebinarlar təşkil edib

“Azercell Biznes” korporativ müştəriləri üçün vebinarlar təşkil edib
İQTİSADİYYAT
15:27 22.12.2021
405
Hər zaman korporativ müştərilərinin inkişafına yönəlik təşəbbüsləri dəstəkləyən "Azercell Biznes” bu istiqamətdə növbəti uğurlu layihə gerçəkləşdirib. Bu dəfə "Azercell Biznes Klubu”nun üzvlərinə iki önəmli mövzu üzrə onlayn vebinarlar keçirilib.

"Liderlik” və "Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlara 100-dən çox iştirakçı qatılıb. Onlar arasında dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, kommersiya qurumları, maliyyə təşkilatlarının təmsilçiləri də olub. Vebinarlar sürətlə dəyişən müasir işgüzar aləmdə şirkətlərin effektiv liderliyi və transformasiyasına fokuslanmışdır.

İlk vebinar - "Liderlik” təlimində uğurlu rəhbər olmaq üçün vacib amillər, effektiv liderin əsas xüsusiyyətləri, komandanın motivasiyası və inkişafına aparan addımlardan bəhs olunub.

İştirakçılara həmçinin, iş qrupunu real komandaya çevirmək texnikası, əməkdaşın fəaliyyətinin nəticələrinin ölçülməsi və hədəflərin müəyyən edilməsi, digər əməkdaşlarla kommunikasiyanın düzgün qurulmasına dair bilgilər verilib. 

"Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzusuna həsr edilmiş vebinarda isə müştəri məmnuniyyətini qazanmağın yolları barədə məlumat təqdim olunub. Müştəriyə yüksək keyfiyyətli xidmətin göstərilməsi üçün zəruri olan əsas davranışlar, effektiv ünsiyyətin vacib şərtləri vurğulanıb. Müştəri məmnuniyyəti sahəsində mükəmməlliyə nail olmaq, xidmət səviyyəsini yüksəltmək, müraciətlərin cavablandırılmasına dair standartlar haqqında bilgilər də iştirakçıların diqqətinə çatdırılıb. 

Online vebinarlar "Azercell Akademiyası”nın aparıcı mütəxəssisi Aynur Abbasova və Akademiyanın dəvət etdiyi təlimçi, məsləhətçi və kouç Lalə Əbdürəhmanova tərəfindən təqdim edilib. Təlimçilər mövzularla əlaqəli iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. 

Uzunmüddətli uğurlu fəaliyyət tarixinə malik "Azercell Biznes” tərəfdaşlarının inkişafını dəstəkləyən xidmətləri təqdim edir, onlara ölkənin istənilən yerindən bizneslərini effektiv və rahat şəkildə idarə etməklə müştərilərinə yüksək xidmət göstərmək imkanı yaradır. Korporativ müştərilərinin inkişafı və rəqəmsal transformasiyasına hər zaman önəm verən "Azercell Biznes” bu kimi fəaliyyətini müxtəlif istiqamətlərdə davamlı olaraq həyata keçirəcək. 

"Azercell Biznes” barədə ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate.html səhifəsinə müraciət edə və ya "Azercell”in korporativ müştəriləri üçün nəzərdə tutulan Telefon Mərkəzi (*6050) ilə əlaqə saxlaya bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü