Azercell-dən rəqəmsal Yeni il kampaniyası!

İQTİSADİYYAT
15:42 11.12.2019
3321
Kampaniyaya qoşulan abunəçilər şirkətin rəqəmsal həllərindən internet sərf etmədən yararlanacaq

AZXEBER.COM xəbər verir ki, telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən Azercell Telekom qarşıdan gələn 2020-ci il münasibətilə "Yeni İl Kampaniyası”na start verir. Belə ki, 9.12.2019 – 9.01.2020 tarixləri ərzində davam edəcək kampaniya çərçivəsində iVi, Bookmate, Zvuk xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaqdır.

Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq Azercell-in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.

Qeyd edək ki, iVi Mobil Cinema xidmətinə aylıq qoşulma üçün *302#, Bookmate xidmətinə aylıq qoşulma üçün *533# və Zvuk xidmətinə aylıq qoşulma *707# şifrəsini yığmaq lazımdır.

Xatırladaq ki, Azercell Plus xidmətləri çərçivəsində təqdim edilən iVi, Bookmate və Zvuk mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. Azercell abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 29.09.2020

İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq”

20:39 29.09.2020

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

20:38 29.09.2020

Müharibə şəraitində Paşinyanın arvadı Ermənistandan pul çıxarır - Sensasion ARAŞDIRMA

20:13 29.09.2020

ABŞ-ın ATƏT-dəki səfiri: "Tərəflər danışıqlar masasına gəlməlidir"

20:08 29.09.2020

İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu

20:04 29.09.2020

"Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində F-16 tipli təyyarə yoxdur"

19:21 29.09.2020

Ermənistan mətbuatının növbəti yalanı ifşa olundu - FOTO

19:10 29.09.2020

Hikmət Hacıyev: “Bu barədə xəbərlər cəfəngiyyatdır”

19:06 29.09.2020

Mədət Quliyevin qayını da döyüşə getdi — FOTO

19:05 29.09.2020

Prezident qaçqın və məcburi köçkünlərdən danışdı

19:02 29.09.2020

İsrailin sabiq müdafiə naziri: "Dağlıq Qarabağ həmişə Azərbaycanın olub və olacaq"

18:51 29.09.2020

Eldar Mirzəliyev: Ali Baş Komandan, biz hər zaman əmrinizdəyik

18:48 29.09.2020

"Türk Hava Yolları Azərbaycana uçuşları təxirə salmayıb" - AÇIQLAMA

18:38 29.09.2020

Türkiyə də Ermənistan təyyarəsinin vurulması xəbərini təkzib etdi

18:36 29.09.2020

“Haber Global”: Ermənistan Azərbaycana hücumdan əvvəl PKK terror təşkilatı ilə razılaşıb

18:31 29.09.2020

“Ermənistana məxsus Su-25-in vurulması yalandır” - Müdafiə Nazirliyi

X Mostbet