“Azercell Hackathon 2022” müsabiqəsinə qeydiyyat başladı!

“Azercell Hackathon 2022” müsabiqəsinə qeydiyyat başladı!
İQTİSADİYYAT
15:30 12.01.2022
540
"Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək "Hackathon 2022”-nin qeydiyyatına start verildi. Bu sahədə bacarığını nümayiş etdirmək istəyən, kreativ həllərin yaradılmasına, komanda işinə, dinamik və davamlı öyrənməyə üstünlük verən iştirakçılar müsabiqəyə dəvət olunurlar.

Müsabiqə 22-23 yanvar 2022-ci il tarixlərində keçiriləcək. "Hackathon”-da  komanda şəklində iştirak zəruridir. Komandaların tərkibi, yarışmaçılara dair texniki tələblərlə tanış olmaq və qeydiyyatdan keçmək üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:https://bit.ly/3tihQ6G

Seçim mərhələsinə qeydiyyat üçün müraciətlərin son qəbul tarixi yanvarın 18-dir. Yarışmanın ilkin mərhələsinə tələblərə cavab verən komandalar keçəcək. Növbəti mərhələdə isə komandalar 36 saat davam edən yarışa qatılacaqlar. Tədbir boyu iştirakçılara Azercell-in peşəkar, çevik və yenilikçi ruhlu İT və İşə Qəbul komandaları dəstək olacaq. Müsabiqə zamanı qarşıya qoyulan tapşırığı tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunacaq. Tapşırıqlar komandalara yarışmadan öncə elan olunacaq.

"Azercell Hackathon 2022" yarışmasında ən yüksək nəticə göstərən komandanı 3000 AZN, 2-ci yerin qalibini 1500 AZN dəyərində pul mükafatı, 3-cü yerin sahibini isə dəyərli hədiyyələr gözləyir.

"Hackathon”- proqramçıların komanda şəklində birləşərək 24-72 saat davam edən müddətdə onlara verilmiş texniki tapşırığa uyğun müəyyən texnoloji həllin təqdim etdikləri tədbirlər silsiləsidir. "Hackathon”-dünyanın nəhəng İT şirkətləri - "Google”, "Netflix”, "Facebook”, "HPE” və "Microsoft” kimi korporasiyalar tərəfindən tez-tez təşkil olunur.

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq "Azercell  Telekom” MMC uzun müddətdir ki, daima informasiya texnologiyaları sahəsinə dair təşəbbüsləri, gənc startapların inkişafına imkan yaradan layihələri dəstəkləyir. Şirkət istedadlı proqramçıların beynəlxalq arenaya çıxmasına, öz bizneslərini qurmasına, müştərilər qazanmasına yardım etməklə yanaşı, həm də ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırılması işinə töhfəsini əsirgəmir. İndiyədək Azercell-in təşəbbüsü və dəstəyi ilə informasiya kommunikasiya texnologiyalarının inkişafına yönələn çoxsaylı tədbirlər təşkil olunub. Bir neçə ildir ki, dövlət səviyyəsində keçirilən "Hackathon” müsabiqəsinin tərəfdaşı kimi çıxış edən Azercell gənc mütəxəssislərin öz ideyalarını inkişaf etdirməsinə kömək edən  "Hackathon-AzIn”, "AZCLOUD Hackathon”, "womENcourage” kimi önəmli tədbirlərə də sponsorluq edib, "Qlobal Müdafiə Texnologiyaları Hakatonu” kimi beynəlxalq tədbirin rəqəmsal tərəfdaşı olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
15:30 23.10.2026
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
15:26 23.10.2026
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
13:21 23.10.2026
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq