“Azercell” növbəti dəfə abunəçisini aldatdı

“Azercell” növbəti dəfə abunəçisini aldatdı
İQTİSADİYYAT
02:10 04.06.2015
2474

“Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Ölkənin ən iri şirkətlərindən biri olan bu mobil operator barəsində kütləvi narazılıqlar baş qaldırmaqdadır.

Abunəçilər “Azercell”I fırıldaqçılıqda, aldatmaqda ittiham edir. Növbəti bir şikayət TİA.AZ-a daxil olub. Mənbənin sözlərinə görə, martın 3-də öz adına bu mobil operatordan nömrə alıb.Ancaq bu günə kimi nömrə onun adına qeydiyyata keçməyib. Şirkətin müddəalarına görə, paytaxtdan nömrə alınanda 30, bölgələrdən isə 60 günə qeydiyyata salınır. Vətəndaş gileylənir ki, aldığı nömrə adına keçirilməyib.“050 981 28 17 Azercell nömrəsini almışam. Bununla əlaqədar dəfələrlə Azercell-in 2002 saylı telefon mərkəzinə şikayət etmişəm. Amma baxılmır. “Bakcell”in rəhbəri Riçard Şirer “Azercell”i MND-ni bloklamaqda ittiham etmişdi. Düz deyib.Çünki bizim qohumumuz da 5 Azercell nömrəni eyni vaxtda Bakcell (Klass)-e keçirmək istəyirdi, amma Azercell heç bir əsas olmadan MND-dən imtina etmişdi”.

Qeyd eək ki, “Azercell” və “Bakcell” şirkətlərinin gizli rəqabəti artıq açıq müstəvidə müharibə fazasına keçib. Bu gərginliyin son mesajlarından birini “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirmişdi. O, qeyd etmişdi ki, Azərbaycanda mobil nömrə daşınması sistemindən gözləntilər özünü doğrultmayıb. Şirerin sözlərinə görə, daha böyük sayda aktiv istifadəçi nömrəsini “Bakcell”ə daşıyacağını gözləyiblər. İcraçı direktor çıxışında “Azercell”in paxırını açmışdı: “Azərbaycanda mobil nömrələrin daşınması xidməti fəaliyyətə başlayandan 2014-cü ilin sonuna qədər digər mobil operatorlardan “Bakcell”ə keçən istifadəçilərin sayı 65% artıb. İndiki qaydalar imkan verir ki, bir abunəçi bir mobil şəbəkədən digər şəbəkəyə keçsin. “Azercell” şirkəti öz nömrələrini digər mobil operatorun şəbəkəsinə daşınmasını bloklayırdı. Yəni mobil operatorun müştərilərinin çoxu digər operatorun şəbəkəsinə keçmək istəyirdi. Amma o şirkət buna imkan vermirdi. Amma artıq qüvvəyə minən yeni qaydalar abunəçilərə daha rahat şəkildə nömrələrini digər mobil operatorun şəbəkəsinə keçirməyə imkanlar verəcək”.

Onun bu açıqlaması “Azercell” tərəfindən birmənalı qarşılanmayıb. Şirkətə açıq və ağır ittiham irəli sürülüb. Bu o deməkdir ki, tərəflər arasında qızğın və amansız savaş var. Üstəlik, “Azercell” daşınma şəbəkəsini bloklamaqda günahlandırılıbsa, məsələ məhkəməyə qədər uzanıb gedə bilər. İndilik isə şirkət ona olan ittihama cavab verməklə qənaətlənib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
19:21 05.08.2026
Londonun mərkəzində bıçaqlı hücum - 4 nəfər xəsarət aldı
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
19:09 05.08.2026
Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi