BAKU AZƏRBAYCAN
9°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

“Azercell” növbəti ilkə imza atdı

“Azercell” növbəti ilkə imza atdı
İQTİSADİYYAT
16:05 28.12.2019
3015
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell Telekom” MMC bu ili növbəti uğura imza ataraq başa vurur.

AZXEBER.COM-un məlumatına görə, bu dəfə "Azercell” dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 sertifikatına layiq görülüb. Fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək, "Azercell” ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə "Azercell”-in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı "Azercell”-də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir. 

Qeyd edək ki, İSO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız İSO/IEC 27001-nin  tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq audit yoxlamaları həyata keçirən və  qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini  təmin edən şirkətlərə təqdim edilir.

Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:21 03.04.2020

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü

22:59 03.04.2020

Tənha insanlara xidmət göstərən şəxslərin hərəkəti sərbəstdir - RƏSMİ

22:48 03.04.2020

Tovuzdakı Qarabağ əlillərinə qoruyucu vasitələr göndərildi

22:34 03.04.2020

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi

22:26 03.04.2020

Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

22:12 03.04.2020

Türkiyədə daha 69 nəfər koronavirusdan öldü

21:52 03.04.2020

Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq

21:44 03.04.2020

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

21:12 03.04.2020

İtaliyada bu gün koronavirusdan 766 nəfər öldü

21:02 03.04.2020

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi