Azercell olimpiada qalibləri ilə görüşdü

İQTİSADİYYAT
15:47 12.02.2020
6619
Ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan "Azercell Telekom” MMC daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənir.

AZXEBER.COM xəbər verir ki, bu istiqamətdə ənənəsini uğurla davam etdirərək, şirkət fevral ayının 12-də ölkəmizi dəfələrlə informatika fənni üzrə beynəlxalq olimpiadalarda layiqincə təmsil edən Abutalıb Namazov, Murad Eynizadə, Əziz Hüseynov və İbrahim Tağızadə ilə görüş təşkil edib.

Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitunun mütəxəssisi Qorxmaz Mustafayev, beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimləri Kənan Əsgərli və Rəşad Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər. "Məktəblilərimizin son illər ərzində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək tendensiyası qürur verici bir haldır. Mən çox şadam ki, şagirdlərimizin bu nailiyyətində Azercell-in də əməyi var. Biz, Azercell şirkəti olaraq, ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsilin, insan kapitalının sürətli inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə daima dəstək oluruq və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə Vahid Mürsəliyev görüşdə giriş nitqi ilə çıxış edərək qeyd edib.

Fuad Qarayev, öz növbəsində, Azercell şirkətinə təşəkkürünü bildirərək, Təhsil İnstitutu ilə "Azercell Telekom” MMC-nin artıq bir neçə il ərzində informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onlarla məqsədyönlü işlərin aparılması istiqamətində əməkdaşlıq etdiyini və bu səylərin nəticəsi olaraq komandamızın nailiyyətlərinin növbəti beynəlxalq olimpiadalarda da davam edecəyinə ümid etdiyini bildirib. Azercell tərəfindən istedadlı şagirdlərimizə dəyərli hədiyyələr də təqdim edilib.

Xatırladaq ki, bu il məktəblilərimiz daha bir ilkə imza atmağa müvəffəq olublar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov, 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində baş tutan 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qızıl medal alaraq, informatika fənni üzrə ilk ali mükafatı Azərbaycana gətirib. Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. 

Qeyd edək ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara öz elmi potensiallarını inkişaf etdirməklərinə töhfə verir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:02 04.08.2020

“26 min vakant iş yerimiz var, vətəndaşlar isə işləmək əvəzinə, 190 manatı tələb edirlər” - Nazir müavini

17:47 04.08.2020

Gültəkin Hacıbəyli: "Xalqın güzəranı pisləşir, buna sevinmək lazımdır" - VİDEO

17:36 04.08.2020

Narkotikə görə oğurluq edən şəxs saxlanıldı - VİDEO

17:33 04.08.2020

Deputat: “Qapanmalara gedilibsə, 190 manat ödəniş verilməlidir”

17:23 04.08.2020

Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı

17:21 04.08.2020

Deputat TƏBİB-i tənqid etdi: "40 gündən çoxdur məktubuma cavab vermirlər"

17:19 04.08.2020

190 manatlıq ödənişlə bağlı - Rəsmi açıqlama

17:13 04.08.2020

Azərbaycanda 2 Olimpiya Kompleksi modul tipli xəstəxanaya çevriləcək

16:47 04.08.2020

Aparıcını oğlunun gözü qarşısında döyüb, zorlamaq istədilər - VİDEO

16:26 04.08.2020

Biləcəridə maska taxmayan 39 nəfər cərimələndi - VİDEO

16:24 04.08.2020

TƏBİB-dən koronavirus testləri ilə bağlı AÇIQLAMA

16:20 04.08.2020

"Azərbaycan diasporunun fəallığı erməni lobbisini və Ermənistan hakimiyyətini çətin duruma salıb"

16:18 04.08.2020

İlham Əliyev Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzaladı

16:15 04.08.2020

Bu çimərliklər istifadəyə yararlıdır - SİYAHI

16:12 04.08.2020

Prezident: "Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir"

16:01 04.08.2020

Təhsil Nazirliyi vətəndaşların qəbulunu avqustun 31-dək dayandırdı

X Mostbet