“Azercell”dən “Biznesim Wi-Fi” təklifləri ilə biznesinizi daha rahat idarə edin!

İQTİSADİYYAT
11:45 13.02.2020
6944
"Azercell” Biznes müəssisələrə sürətli və etibarlı rabitə həlləri təklif etməklə onların rəqəmsal dünyada uğur qazanmasına dəstək olur

Öz müştərilərinin rəqəmsal transformasiyasını dəstəkləyən "Azercell” Biznes böyük məmnuniyyətlə fevralın 13-dən etibarən yeni "Biznesim W-Fi” təklifini təqdim edir. Artıq korporativ abunəçilər daha əlverişli rabitə dəstəyilə Wi-Fi USB və ya Mi-Fi modemlərdən istifadə edə biləcəklər.

"Biznesim Wi-Fi” təkliflərinin köməyilə korporativ abunəçilər fiziki bağlantı olmayan istənilən yerdən rahatlıqla internetə qoşulmaqla yanaşı, 10-a qədər cihaz arasında interneti paylaşdırmaq imkanına da sahib olacaqlar.

İstifadəçilərin fərqli tələblərinə əsaslanan müxtəlif həcmli və bir paketdən digərinə keçid imkanına malik data paketlərdən ibarət xüsusi təklif kiçik, orta və fərdi müəssisələr üçün ideal bir həll vəd edir.

Təqdim olunan yeni təklifin əsas üstünlüyü ondan ibarətdir ki, internet paketlərindən birini seçməklə abunəçi ilkin ödəniş etmədən cihazı pulsuz əldə edir.  Wi-Fi USB modemi USB portu vasitəsilə işə salınır, Mi-Fi cihazı isə heç bir cihaz və ya porta qoşulmadan müstəqil şəkildə işləyə bilər. Təkliflərin daha bir üstün cəhəti növbəti 12 ay ərzində paketi digəri ilə dəyişmək imkanıdır.

"Biznesim Wi-Fi” təklifinin qiyməti 20 manatdan başlayaraq həcmi 200 GB-a qədər olan müxtəlif internet paketlərini əhatə edir. 

"Biznesim Wi-Fi” təklifi də daxil olmaqla  müxtəlif biznes müəssisələri üçün geniş çeşidli məhsullar və həlləri təklif edən "Azercell” Biznes bir daha özünü etibarlı rəqəmsal biznes tərəfdaşı kimi təsdiq etmiş olur. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:08 25.10.2020

SON DƏQİQƏ! Qubadlı şəhəri işğalçılardan azad edilib

23:04 25.10.2020

Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”

22:45 25.10.2020

Daha bir azərbaycanlı cüdoçu qələbəsini hərbi salamla qeyd etdi

22:39 25.10.2020

Ermənistan ordusunun əsl üzünü açan FOTOFAKT

22:24 25.10.2020

Düşmənin döyüş texnikası və sursatları məhv edilib - VİDEO

22:03 25.10.2020

İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq

22:01 25.10.2020

Göygöldə zəlzələ olub

21:30 25.10.2020

İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”

21:23 25.10.2020

Azərbaycan Prezidenti: “Torpaqları azad edən əsgərlər və zabitlərdir”

21:19 25.10.2020

Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”

21:18 25.10.2020

İlham Əliyev: “Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib”

21:08 25.10.2020

Ali Baş Komandan: “Azərbaycan qarşısında heç kim dura bilməz”

21:07 25.10.2020

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər”

20:55 25.10.2020

Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirildi ​​​​​​​- FOTO

20:44 25.10.2020

Hikmət Hacıyev şəhidimiz barədə: “Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi”

20:26 25.10.2020

Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi