“Azercell”dən gənclərə dəstək

“Azercell”dən gənclərə dəstək
İQTİSADİYYAT
15:12 20.04.2019
6232
"Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə İT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının arıtırlmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır.
 
Mərkəz İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün "TechCentrum” platformasının təşkilatçılığı ilə "Data Science” təlimlərinə başlayıb. Təlimlər  həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində  Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviredici və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda sətri (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.

Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik iş təcrübəsinə malikdir. ADİU, Xəzər və ADA universitetlərində "Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi”ni (Operations Research) tədris edən Kamil Ələsgərov "Baker Tilly Azerbaijan” şirkətində risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda "Data Science”in tətbiqi ilə məşğuldur.

Qeyd edək ki, "TechCentrum” İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində "TechCentrum” platforması 700-dən çox iştirakçıya "Data Science” və "Data Engineering”, "Cpython”, "Data Products Management” üzrə təlimlər və vebinarlar təşkil edib, Facebook kimi böyük Tech şirkətlərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirib.

Təlimlər barədə əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
12:00 26.10.2026
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi - FOTOLAR
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
11:54 26.10.2026
“Parklanma tariflərini mərkəz özü müəyyən edir” – AzParking-dən parklanma narazılığına CAVAB
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
11:53 26.10.2026
Yeni xərçəng peyvəndi ümid yaratdı: Ölüm və xəstəliyin təkrarlanma riski azalıb
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
11:32 26.10.2026
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
11:30 26.10.2026
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
11:21 26.10.2026
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
11:17 26.10.2026
Bu həftə bürcləri nələr gözləyir? - Bu 3 bürc xoş xəbər alacaq
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
11:13 26.10.2026
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
11:06 26.10.2026
Bakı Ekspo Mərkəzində parklanma narazılığı: “Başımızdan pul tökülmür” - Video
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
11:01 26.10.2026
Elm və Təhsil Nazirliyindən İran rəsmisinin bəyanatına sərt etiraz
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
10:28 26.10.2026
Qubadlının azadlığı Azərbaycanın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
10:25 26.10.2026
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
09:59 26.10.2026
Ukrayna 800 minlik ordu saxlayacaq - Zelenski
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
09:53 26.10.2026
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
09:49 26.10.2026
Paşinyanın partiyası bələdiyyə seçkilərində qalib gəldi
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir
09:43 26.10.2026
Türkiyə derbisi: “Qalatasaray” bu gün “Fənərbağça”nı qəbul edir