Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçildi

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçildi
İQTİSADİYYAT
17:16 05.04.2023
547

Azerconnect şirkəti dünyanın nüfuzlu "Top Employer Institute" (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən 2023-cü il üzrə Azərbaycanda "Ən Yaxşı İşəgötürən" şirkət sertifikatına layiq görülüb.

"Top Employer İnstitute" tərəfindən 2023-cü il üzrə Azərbaycanda bu nüfuzlu mükafata sahib olmaq şirkətin iş dünyasına daha yaxşı bağlılığını, eləcə də  şirkətdə insan resurları siyasəti və təcrübəsinin mükəmməl tətbiqini göstərir.

Azerconnect şirkəti "Top Employer İnstitute" tərəfindən insan resursları sahəsində biznes və insan strategiyası, iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və sair daxil olmaqla 20 sahədən ibarət 6 istiqamət üzrə qiymətləndirib və mükafata layiq görülüb.

"İnsan kapitalının idarə edilməsi üzrə ən son yeniliklərin tətbiqi sayəsində öz biznes fəaliyyətimizdə xeyli uğurlara nail olmuş və ölkəmizdə bir sıra yeniliklərə imza atmışıq. Şirkətimizin daha yaxşı iş yerinə çevrilməsi istiqamətində göstərdiyimiz səylərin "Top Employer Institute" tərəfindən də qiymətləndirilməsi və nüfuzlu mükafata layiq görülməyimizdən məmnunam", - deyə Azerconnect şirkətinin Baş Direktoru Emil Məsimov qeyd edib.

 

"Azerconnect şirkəti olaraq İnsan Resursları sahəsində yüksək standartların tətbiqi, əməkdaşlarımıza layiqli iş şəraitinin təmin edilməsi istiqamətində ən yaxşı təcrübələri icra edirik. Bunun üçün biz çevik iş şəraiti, peşəkar inkişaf, karyera imkanları, inklüziv iş mühiti, liderlik və digər proqramlar ilə əməkdaşlarımızın davamlı inkişafına töhfə vermək istiqamətində çalışırıq. "Top Employer Institute" tərəfindən Azərbaycanda ən yaxşı işəgötürən şirkət olaraq seçildiyimiz üçün qürur hissi keçiririk. Bu sertifikat Azerconnect olaraq fəaliyyətimizin ən yaxşı beynəlxalq təcrübələrə əsaslandığının göstəricisidir", -  deyə Azerconnect şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva bildirib.

"Müstəsna zamanlar insanlarda və təşkilatlarda ən yaxşıları ortaya çıxarır. Biz bu il Ən Yaxşı İşəgötürənlərin Sertifikatlaşdırma proqramımızda bunun şahidi olduq. İnsan Resursları sahəsində mükəmməl strategiyası, siyasəti və təcrübələri ilə Azerconnect şirkəti işçilər üçün daha yaxşı iş yerinin yaradılmasına sadiq olduğunu, eləcə də əməkdaşların inkişafı və rifahının şirkət üçün prioritet olduğunu nümayiş etdirir. Bununla onlar kollektiv şəkildə iş dünyasını zənginləşdirirlər. Biz bu ilki aparıcı insan yönümlü işəgötürən şirkətlərin qrupunu elan etməkdən qürur hissi duyuruq", - deyə Top Employer Institutunun Baş Direktoru David Plink qeyd edib.

"Top Employer Institute" insan təcrübələrində mükəmməlliyin tanınması üzrə qlobal təşkilatdır. Təşkilat iş dünyasını zənginləşdirmək üçün təcrübələri sürətləndirməyə dəstək göstərir. "Top Employer İnstitute"nin Sertifikatlaşdırma Proqramı vasitəsilə iştirakçı şirkətlər təsdiqlənə, sertifikatlaşdırıla və ən yaxşı iş yeri olaraq kimi tanına bilər. 30 ildən artıq bir müddətdir ki, fəaliyyət göstərən "Top Employers Institute" 121 ölkədə/regionda 2053 təşkilatı sertifikatlaşdırmışdır. Bu sertifikatı əldə etmiş Ən Yaxşı İşəgötürənlər qlobal miqyasda 9,5 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.

Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.   

Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR