'Azneft'dən 'Saat qülləsi'nə qədər yürüş olacaq - Dəqiq vaxt
Bütün Xəbərlər
16:30 04.05.2012
1849
Xəbər verildiyi kimi Azərbaycan Avropa Hərəkatı bu il 9 may gününü hər bir Avropa ölkəsində olduğu kimi qeyd etməyi planlaşdırıb.AZXEBER.COM-un məlumatına görə,”Avropalı gəzintisi” adı altında keçiriləcək yürüş saat 16:00-da Bakı şəhəri “Azneft” dairəsindən “Saat Qülləsi”-nə qədər (Milli park boyunca) davam edəcək. Bununla bağlı artıq Azərbaycan Avropa Hərəkatı Bakı Şəhəri İcra Hakimiyyətinə yürüşün keçiriləcəyi yerlə bağlı xəbərdarlıq məktubu göndərib və yürüşün təhlükəsizliyinin təmin olunmasını xahiş edib. Gəzintinin keçirilməsində əsas məqsəd, düşüncə, yaş, cins, irq, din və siyasi mənsubiyyətindən asılı olmayaraq hamımızın məhz Avropalı olduğumuzu dünyaya çatdırmaq, cəmiyyətimizin müxtəlifliyi, Azərbaycan uğrunda birliyi, həmrəyliyi mesajını verməkdir.