AzTV “#Evdəqal”mağa kömək edəcək – YENİ LAYİHƏ

AzTV “#Evdəqal”mağa kömək edəcək – YENİ LAYİHƏ
MEDIA
13:47 24.03.2020
1849
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC həmişə olduğu kimi, koronavurisla mübarizədə də dövlətimizin və xalqımızın yanındadır.

Qurumun yaydığı məlumatda bildirilir ki, bu həftədən televiziya gücləndirilmiş iş rejiminə keçib: "Məqsəd vətəndaşların evdə darıxmamasına nail olmaq və tamaşaçılara xoş istirahətlər bəxş etməkdir. Odur ki, televiziyanın proqram siyasətində ciddi dəyişiklikər edilib və yeni layihələr hazırlanır, verilişlərin formatı günün tələblərinə uyğunlaşdırılır. Onlardan biri də bu gündən etibarən həftə içi 6 gün, saat 17.00-dan 19.00-a qədər efirə çıxacaq #Evdəqal layihəsidir.

Verilişdə koronavirusun dünyada və Azərbaycanda yayılmasını əks etdirən ən son statistika, real vəziyyət müzakirə olunacaq, həkim məsləhətləri yer alacaq, eləcə də "Evdə vaxtı necə səmərəli keçirmək olar?” sualına praktik nümunələrlə cavab veriləcək. Ən əsası isə bütün bunlar interaktiv şəkildə təqdim olunacaq.

Tamaşaçılar  +99412 4921683 nömrəli telefona zəng edərək canlı yayımda suallarını ünvanlaya və səmərəli məsləhətlər ala bilərlər.

Əlavə edək ki, gün ərzində AzTV-də yayımlanacaq əksər verilişlər canlı yayımda təqdim olunacaq və həmin verilişlərdə ölkənin tanınmış ictimai, siyasi, idman və mədəniyyət xadimlərinin evlərindən canlı bağlantılar olacaq.

Hər halda tanınmış şəxslərin evdə nə işlə məşğul olduğunu görmək hər kəsə maraqlı olar. Yeri gəlmişkən, tanınmışlar özləri də bu məsələdə bizə müraciət edə və verilişlərimizə "Skype” vasitəsilə canlı qoşula bilərlər.

Bir sözlə, biz gərgin işləyirik ki, siz evdə qalasınız, əziz vətəndaşlarımız.

Hər birinizə möhkəm can sağlığı, xoş istirahətlər arzu edirik. Unutmayın, sağlamlığımız öz əlimizdədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı