Azxeber.com informasiya portalı 3 yaşını qeyd edir

Azxeber.com informasiya portalı 3 yaşını qeyd edir
MEDIA
10:00 13.04.2013
2034

Bu gün Azxeber.com informasiya portalının 3 yaşı tamam olur. AZXEBER.COMxəbər verir ki, Azxeber.com xəbər portalı 2010-cu il aprel ayının 13-də fəaliyyətə başlayıb. Portalda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Portala gün ərzində 25-30 min arası İP-dən insan daxil olur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com informasiya portalının təsisçisi Hacıbəy Heydərli bildirib ki, 3 il ərzində portal 10-a yaxın mükafat alıb: “Bu günə qədər Azxeber.com xəbər portalı media sahəsində müxtəlif mükafatlara layiq görülüb, Mətbuat Şurası tərəfindən “ilin ən perspektivli media orqanı” seçilib. Bu günə qədər bizə etimad göstərən, inanan hər kəsə təşəkkürümüzü bildiririk və əminik ki, portalımız bundan sonra da böyük uğurlar qazanacaq. Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azxeber.com informasiya portalı “Facebook” sosial şəbəkəsində ən çox üzvü olan ana-dilli saytdır: "Hazırda portalımızın “facebook” sosial şəbəkəsində 106 mindən çox üzvü var. Bu göstəriciyə görə, Azərbaycanda ən çox üzvü olan ana-dilli xəbər portalıyıq. Səhifəmizdə xəbərlərlə yanaşı maraqlı məlumatlar, fotolar, videolar da paylaşılır. Portalımıza gündəlik giriş sayı isə 25-35 min İP arası dəyişir. Onu da qeyd edim ki, kollektivimiz 4 nəfərdən ibarətdir. İnşAllah gənc həmkarlarımızla birlikdə daha böyük uğurlar qazanacağıq” Xatırladaq ki, AZXEBER.COM xəbər portalı gənc jurnalistlər Əfsələddin Ağalarov və Hacıbəy Heydərli təşəbbüsü ilə yaradılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı