AZXEBER.COM-un təsisçiləri "İrəli"də təlim keçdilər - FOTOLAR

AZXEBER.COM-un təsisçiləri "İrəli"də təlim keçdilər - FOTOLAR
GƏNCLİK
03:04 18.12.2011
2077
17 dekabr 2011-ci il tarixində “İRƏLİ” Gənclik Mərkəzinin “Şuşa” zalında “WeBlog-4” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. 30 nəfər gəncin qatıldığı təlim zamanı “Azxeber.com” informasiya portalının təsisçisi və redaktoru Hacıbəy Heydərli və portalın baş redaktoru Əfsələddin Ağalarovun iştirakı ilə “Bloqqerin mövzu seçimi və bloq yazılarının PR -ı” mövzusunda maraqlı müzakirələr aparılmışdır. Görüş zamanı Hacıbəy Heydərli bloqqerlərin daha çox aktual mövzularda yazılar yazmaqlarının tərəfdarı olduğunu bildirmişdir: “Bloq yazıları aktual məsələlərlə bağlı olsa, daha oxunaqlı olar. Bundan başqa, əsas məsələlərdən biri bloq yazısına başlıq seçməkdir. Bloqqerlər yazıdan ən çox diqqətçəkən məqamı başlığa çıxarmalıdırlar. Çünki bəzən elə aktual məsələlər olur ki, yanlış başlıq xəbəri daha az oxunaqlı edir.” Qonaq həmçinin bloq yazılarının PR-ı üçün ən münasib yerin sosial şəbəkələrin olduğunu qeyd etmişdir: “Bu gün sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Bu əslində bloqqerlər üçün çox gözəl bir fürsətdir. Siz “Facebook”, “Twitter” və digər sosial şəbəkələr vasitəsilə özünüzü asanlıqla məşhurlaşdıra, tanıtdıra bilərsiz.”Əfsələddin Ağalarov da AZXEBER.COM xəbər portalı haqda məlumat verib ve qeyd edib ki, bloggerlik sahəsində uğur qazanmaq o qədər çətin deyil: "Bu gün bloggerlərdə daha geniş imkanlar var. Bir blogger araşdırması ilə çox mətləblərə aydınlıq gələ bilər. Ən əsas odur ki, işinizi sevin. İnanın ki, bundan sonra uğur özü sizi tapacaq" Görüş bloqqerlərin sualları ilə davam etmişdir. Qeyd edək ki, “WeBlog-4” layihəsinin əsas məqsədi gənclərə blog barədə ilkin anlayışlar, bloqların yaradılması, üstünlüklərindən effektiv istifadə və bloqçulardan ibarət şəbəkənin yaradılmasından ibərətdir. Layihə çərçivəsində ekspertlərlə görüşlər də keçirilir ki, bu da “WeBlog-4” layihəsinin sonuna kimi davam edəcək. Xatırladaq ki, 13 oktyabr 2011 – ci il tarixindən start götürən “WeBlog-4” layihəsində iştirak etmək üçün 80 nəfər gənc müraciət edib ki, onlar arasında müsahibədən keçən 40 nəfər layihədə iştirak etmək hüququ qazanmışdır. “İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzinin 15 dekabr 2010 – cu il tarixində start verdiyi və indiyə qədər davam edən “WeBlog” layihəsi çərçivəsində 150 nəfərdən çox gənc iştirak etmişdir ki, onlardan layihəni uğurla başa vuranlar şəhadətnamə ilə təltif olunmuş və blogger olaraq fəaliyyətlərini davam edirlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI