Böyük Britaniyalı ekspert Azərbaycan media menecerləri üçün ali səviyyəli kurs keçirəcək
GƏNCLİK
10:34 26.04.2011
2041
Böyük Brianiyalı media strateqiyası üzrə məsləhətçi David Brewer tərəfindən aparılacaq bu kurs, 16-20 May tarixləri arası Azərbaycan Media Mərkəzində baş tutacaqdır.
Media Menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzüdur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.
5 günlük kurs ərzində auditoriyanın tələblərinin artması, həmin tələblərə necə uyğun olmaq, istifadəçilərin müraciət etdiyi bütün daşıyıcılara uyğun və münasib məzmunun əldə olunması, elektron, onlayn və sosial media imkanlarından tam istifadə edərək auditoriyanın diqqətini bütöv həcmdə cəlb etmək kimi məsələlər ətrafında müzakirələr aparılacaq.
Təlim kusru çap və onlayn nəşrlərin baş menecerləri üçün nəzərdə tutulmuşdur.
Kurs, Azərbaycanda AMC və WAN/IFRA təşkilatlarının birgə həyata keçirdiyi Azərbaycanda Media İdarəçiliyinin Gücləndirilməsi Layihəsinin tərkib hissəsi olaraq keçirilir.
Daha ətraflı məlumat və təlim kursunda iştirak ilə bağlı suallarla əlaqədar olaraq, Azərbaycan Media Mərkəzinin Layihələr üzrə Koordinatoru Seymur Kazımova müraciət etməyiniz xahiş olunur. Email: [email protected]/* */ Tel: (012) 493 25 22
AMC (www.mediamerkez.az) və WAN/IFRA (https://www.wan-ifra.org/) barəsində daha ətraflı məlumat almaq üçün həmin təşkilatların web-səhifələrinə daxil olun.