Baş Prokurordan şok açıqlama

Baş Prokurordan şok açıqlama
Bütün Xəbərlər
06:49 05.02.2011
2023

"Dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir"

"Azərbaycanda korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlər görülməlidir". Bu barədə baş prokuror Zakir Qaralov bu gün keçirdiyi geniş kollegiya iclasında məlumat verib. Baş prokuror qeyd edib ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar prokurorluğun sıralarının saflaşdırılması istiqamətində işlər qətiyyətlə davam etdirilməli, əməkdaşlar tərəfindən cinayət işlərinin istintaqı və aparılan yoxlamalar zamanı rüşvət istənilməsinə, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə, korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlərin görülməsi təmin olunmalıdır.

"Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq" deyən Z. Qaralov qeyd edib ki, digərlərindən belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun.

“Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin Fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.

//APA

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO