Bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanıb?

Bağçaya gedən uşağın qanında psixotrop dərman aşkarlanıb?
SOSİAL
16:12 01.09.2026
224
Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.

AZXEBER.COM xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən açıqlamada qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparıldığı bildirilib.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi də vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR