Bakı Dövlət Universiteti “İlin ən yaxşı tələbəsi”ni seçir

GƏNCLİK
11:53 04.12.2010
2835

Müsabiqəni keçirməkdə məqsəd tələbələr arasında sağlam rəqabət yaratmaq, onların elmə, təhsilə marağını artırmaq və fərqlənən tələbələrin fəaliyyətini qiymətləndirməkdir.

 

Müsabiqə 2 turdan ibarətdir. I turda tələbələr arasında anket-sorğu keçirməklə namizədlər müəyyənləşdiriləcək. Namizədlərdən ən çox səs toplamış 10 tələbənin namizədliyi qeydə alınır və bu şəxslər II turda iştirak etmək hüququ qazanırlar.

II turda namizədliyi qeydə alınmış 10 nəfər içərisindən fakültə tələbələrinin səs vermə yolu ilə müəyyən etdiyi ən çox səs toplamış 5 nəfər ilin ən yaxşı tələbəsi seçiləcək. Qaliblər mükafatlandırma mərasimində diplom və fəxri döş nişanı ilə təltif olunacaqlar.

Seçki zamanı səslərin bərabərliyi halı ilə rastlaşılarsa, olimpiada və elmi konfransların qalibi olan tələblərə üstünlük veriləcək. Seçici qismində iştirak edən tələbələr, namizədliklərini irəli sürdükləri tələbələrin tədris göstəricilərini, nümunəvi davranışlarını, ictimai fəaliyyətlərini və s nəzərə alaraq öz seçimlərini etməlidirlər. Sözügedən tələblərə cavab verməyən namizədlərin nəticələri ləğv olunacaq.

OXŞAR XƏBƏRLƏR