Əslən Gədəbəy rayonundan olan, Nərimanov rayonu, Montin qəsəbəsi, A.Qərib 118 A ünvanında yaşayan Əvəz Orxan oğlu Əsgərov özünü divara bərkidilmiş kiçik borudan naqillə asaraq intihara cəhd edib. Bu zaman yaxınlıqda yerləşən Bakı Biznes və Kooperasiya Kollecinin tələbələri pəncərədən həyətdə kiminsə özünü asmaq istədiklərini görüblər. Tələbələr dərhal hadisə yerinə gələrək artıq naqildən asılı vəziyyətdə qalmış Əsgərovu xilas ediblər.
Hadisə yerinə polis, prokurorluq əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə sevgi-məhəbbət üstündə baş verib. Belə ki, sevdiyi qızdan rədd cavab alan Əvəz intihara cəhd edib.