Bakıda başqasının yerinə imtahan verməyə çalışan şəxs zaldan xaric edildi

GƏNCLİK
08:54 11.07.2011
1890
Tələbə Qəbulu üzrə Dğvlət Komissiyasının rəsmi saytında olan ilkin statistik məlumatlara görə, abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub. Onlardan 1 nəfəri başqasını əvəzinə imtahan verməyə cəhd etdiyinə görə, 2 nəfər imtahana mobil telefonla keçməyə cəhd etdiyi üçün, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürdüklərinə, köçürməyə cəhd etdiklərinə görə

İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

 

OXŞAR XƏBƏRLƏR