Bakıda iş adamını öldürən şəxs danışdı

Bütün Xəbərlər
10:35 31.01.2011
2078

Prokuror bildirdi ki, 2010-cu il oktyabrın 14-də Hövsan qəsəbəsində Arif Kərimov mübahisə zəminində Azad Muradova bıçaqla xəsarət yetirib. Yaralı qarın və kürək nahiyəsindən aldığı xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Arif Kərimov ifadəsində bildirdi ki, Azad Muradova məxsus bağ evində gözətçi işləyib. Onun sözlərinə görə, Azad Muradov hər dəfə bağa gələrkən onu təhqir edib həyətinə yaxşı baxmadığını irad tutub: “Son hadisə günü də bu hal təkrarlandı. Azad Muradov axşam saatlarında bağa gələrək həmişəki kimi, mənə irad tutaraq danlamağa başladı. Həmin vaxt məndə sərxoş idim, əsəbləşib ona bıçaqla xəsarət yetirdim”.

Arif Kərimov əvvəllər də cinayət törətdiyinə görə məhkum olunduğunu bildirdi. O, qeyd etdi ki, Azad Muradovu öldürmək niyyəti olmayıb. Məhkəmə davam edir.

OXŞAR XƏBƏRLƏR