Bakıda müəllimə niyə öldürüldü?

GƏNCLİK
13:57 14.01.2011
2366

Rüstəm adlı qonşusu qətl baş verən günü belə xatırlayır: “Günorta saatlarında blokda hay-küy qopdu. Biz istədik təcili yardım çağıraq. Ancaq dedilər ki, qadın çoxdan keçinib. Görünür, onu öldürən şəxs(lər) qadını tanıyırmış deyə qapını açıb. Başına çəkic və digər küt alətlə zərbə endirilib. Meyiti də qapının ağzında imiş”. Qonşular deyir ki, mərhum qadın çox səmimi və savadlı insan imiş. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyirmiş. Yayılan məlumatlara görə, mərhumu öldürdükdən sonra mənzildən bir çox qiymətli əşyaları da çıxarıblar. Ancaq polis bölməsindən bildirilib ki, mənzildən oğurluq edilməsi barədə hələlik dəqiq məlumat yoxdur.

Qətlə yetirilən M.Əliyevanın meyiti Mərdəkana aparılıb. Deyilənə görə, onun qardaşları və yaxın qohumları orada yaşayır. Onu da deyək ki, hazırda mərhumun yaşadığı ünvan polis nəzarətindədır. Ərazidə şübhəli bildikləri insanları sorğu-sual edirlər. Xətai Rayon Polis İdarəsindən bildirdilər ki, faktla bağlı cinayət işi başlayıb, istintaq gedir: “Hələlik yeni bir məlumat yoxdur. Hadisə barədə bizə binada yaşayan sakinlər tərəfindən yanvarın 11-i saat 16:00 radələrində məlumat daxil oldu. Biz həmin ünvana getdik. Mərhumun meyiti ekspertiza edildi. Hələ ki qətlin motivi məlum deyil, istintaq aparılır”. 

Günay MUSAYEVA, "YENİ MÜSAVAT"

OXŞAR XƏBƏRLƏR